Avtomobil bazarında durğunluq: Satışlar dayanıb

Avtomobil bazarında durğunluq: Satışlar dayanıb
SOSİAL
16:30 16.02.2017
884

 

"Azərbaycanda "üzən məzənnə”yə keçid və manatın məzənnəsində müşahidə edilən qeyri-stabillik avtomobil bazarında satışları dayandırıb”. 

Bu barədə avtomobil ekspertləri deyib. 

Belə ki, "Alsat.az” əmlak elanları saytının rəhbəri Vaqif Hüseynov bildirib ki, hazırda avtomobil satışının dayanmasının əsas səbəblərindən biri avtomobillərin qiymətlərinin qeyri-stabil olmasıdır:

"Eyni avtomobilin bazarda bir neçə qiymətə satıldığını müşahidə etmək olar. Bir yerdə 2006-cı ilin 2.7 l mühərrikli "Prado” modeli 16 min manata satılırsa, digər yerdə 25 min manata, bazarın başqa bir yerində isə hətta 35 min manata təklif edilir”.

V.Hüseynovun sözlərinə görə, qiymətlərin belə kəskin fərqlənməsi bazarın alverçilər tərəfindən formalaşması ilə bağlıdır: "Məsələn, "Prado”nun qiymətini alverçi 20 min manat müəyyən edir. Öz avtomobilini bazara çıxaranların hər biri qiyməti 1000 manat aşağı salır. Avtomobili satmaq fikri olmayan, sadəcə, bazarı yoxlamaq istəyən müştərilər isə 20 min manatlıq avtomobili 25 min manata təklif edirlər. Beləcə, bazarda kəskin qiymət fərqi yaranır”.

Onun sözlərinə görə, elan vasitəsilə avtomobil alanların sayı dekabr ayı ilə müqayisədə 50%-dən çox azalıb:

"Hazırda avtomobil alanların bir qismi alverçilərdir. Onlar nağd pul lazım olduğu üçün avtomobili ucuz satanlardan alırlar. Daha sonra yüksək qiymətə bazara çıxarırlar. O bildirib ki, bu tendensiya özünü avtomobil elanlarında da göstərir”.

Ekspert qeyd edib ki, ikinci qrup avtomobil alıcıları isə əsasən, taksi fəaliyyəti ilə məşğul olmaq istəyən müştərilərdir:

"Belə ki, son dövrlər taksi şirkətlərinin sayı xeyli artıb. Bu da imkan verir ki, vətəndaşlar ucuz avtomobil almaqla taksi fəaliyyəti göstərsinlər. İndi "Kia Rio”, "Chevrolet Cruz”, "Hyundai Accent” və "Nissan Sunny”ləri alırlar”.

V.Hüseynovun sözlərinə görə, belə avtomobil müştəriləri, əsasən, 1.4-2.0 l mühərrikli kiçik "Sedan”lar almağa üstünlük verirlər:

"Söhbət qiyməti 7-15 min manat olan "Kia Rio”, "Chevrolet Cruz”, "Hyundai Accent” və "Nissan Sunny” kimi avtomobillərdən gedir”. 

Ekspertin sözlərinə görə, Rusiya istehsalı olan avtomobillərdən isə yalnız "Niva”lara maraq var. Bu isə son dövrlər formalaşan tendensiyadır.

O qeyd edib ki, 30-dan çox alverçi bazarı tərk edib: "Avtomobil satışının dayanması alverçilərin bazarı tərk etməsi ilə nəticələnib”.

Avtomobil satışları üzrə ekspert Aley Şamilov bildirib ki, son bir ayda 30-dan çox alverçi "Badamdar avtomobil bazarı”ı tərk edib: "Bəziləri əmlak alqı-satqısı prosesinə qoşulur, bəziləri ölkəni tərk edərək pul qazanmaq üçün Rusiyaya üz tuturlar, bəziləri isə işsiz qalıblar”.

///Fins.az
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Milyonluq reklam gəlirləri, 90 minlik cərimə: Blogerlər vergiyə necə cəlb olunur? - ARAŞDIRMA
16:09 12.08.2025
Milyonluq reklam gəlirləri, 90 minlik cərimə: Blogerlər vergiyə necə cəlb olunur? - ARAŞDIRMA
“Donald Tramp Nobel Sülh Mükafatına layiqdir” - Deputat
16:07 12.08.2025
“Donald Tramp Nobel Sülh Mükafatına layiqdir” - Deputat
Azərbaycanda fəaliyyət göstərən dini konfessiya rəhbərləri Prezidentə müraciət ünvanlayıblar
15:49 12.08.2025
Azərbaycanda fəaliyyət göstərən dini konfessiya rəhbərləri Prezidentə müraciət ünvanlayıblar
"Heç nəyin yoxdur" dedilər - Xəstəxanadan çıxarkən ürəyi dayandı
15:38 12.08.2025
"Heç nəyin yoxdur" dedilər - Xəstəxanadan çıxarkən ürəyi dayandı
MİQ üzrə vakansiya seçimi mərhələsinin nəticələri elan edilib
15:29 12.08.2025
MİQ üzrə vakansiya seçimi mərhələsinin nəticələri elan edilib
Qarabağ Universiteti 7-ci Türkoloji Yay Məktəbinə ev sahibliyi edir - FOTOLAR
15:21 12.08.2025
Qarabağ Universiteti 7-ci Türkoloji Yay Məktəbinə ev sahibliyi edir - FOTOLAR
"Muğam" müsabiqəsinin finalı Laçında keçiriləcək
15:16 12.08.2025
"Muğam" müsabiqəsinin finalı Laçında keçiriləcək
Azərbaycanda problemli kreditlərin yarıdan çoxu Beynəlxalq Bankın payına düşür
15:11 12.08.2025
Azərbaycanda problemli kreditlərin yarıdan çoxu Beynəlxalq Bankın payına düşür
İki mindən artıq müəllim sertifikasiya imtahanında keçid balını toplamadı
15:04 12.08.2025
İki mindən artıq müəllim sertifikasiya imtahanında keçid balını toplamadı
İndoneziyada vulkan püskürdü, ardınca da zəlzələ oldu
14:45 12.08.2025
İndoneziyada vulkan püskürdü, ardınca da zəlzələ oldu
Leysan Məmmədov barəsində yayılan xəbərlərdən danışmaq istəmədi
14:38 12.08.2025
Leysan Məmmədov barəsində yayılan xəbərlərdən danışmaq istəmədi
Astroloq: Bu gündən etibarən Merkuri retrosu bitdi
14:34 12.08.2025
Astroloq: Bu gündən etibarən Merkuri retrosu bitdi
Ukrayna Rusiyanın helium müəssisəsini vurdu - Raket və kosmik sənayesi iflic ola bilər
14:21 12.08.2025
Ukrayna Rusiyanın helium müəssisəsini vurdu - Raket və kosmik sənayesi iflic ola bilər
75 minə yaxın müəllim əməkhaqlarını əlavələrlə alacaq
14:14 12.08.2025
75 minə yaxın müəllim əməkhaqlarını əlavələrlə alacaq
Müəllimlərin sertifikasiyasının müsahibə mərhələsinin keçiriləcəyi tarix məlum olub
14:07 12.08.2025
Müəllimlərin sertifikasiyasının müsahibə mərhələsinin keçiriləcəyi tarix məlum olub
Bu ölkədə inək peyinindən yanacaq istehsal ediləcək
14:04 12.08.2025
Bu ölkədə inək peyinindən yanacaq istehsal ediləcək