Avtomobil dərəyə aşdı - Ölən və yaralananlar var

Avtomobil dərəyə aşdı - Ölən və yaralananlar var
SOSİAL
10:24 01.11.2026
182
Şəkidə avtomobil dərəyə aşıb, ölən və yaralananlar var.

Hadisə ötən gecə Şəki-Qax avtomobil yolunun rayonunun İnçə kəndi ərazisindən keçən hissəsində baş verib

Belə ki, hərəkətdə olan "Lada Priora” markalı minik avtomobili idarəetmədən çıxaraq dərəyə aşıb.

Hadisə zamanı avtomobildə olan Laçın rayon sakini, 24 yaşlı Səbuhi Ağazadə aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.

Avtomobildə olan daha üç nəfər – Şamaxı rayon sakini, 24 yaşlı Əzəlxan Vəliyev, Goranboy rayon sakini, 25 yaşlı Ruhin Əliyev və Mingəçevir şəhər sakini, 40 yaşlı Surxan Hüseynov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.
 
///Qafqazinfo
OXŞAR XƏBƏRLƏR