Avtomobil maneəyə çırpıldı - Sürücü öldü

Avtomobil maneəyə çırpıldı - Sürücü öldü
SOSİAL
20:50 09.05.2018
4489
Cəlilabadda ağır yol-nəqliyyat hadisəsi baş verib.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, rayonun Kazımabad kəndi ərazisində VAZ-2107 markalı minik avtomobili yoldan çıxaraq maneəyə çırpılıb.

Nəticədə sürücü İlqar Həsənov ağır xəsarətlər alıb. Onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR