Avtomobil nömrəsini gizlətmək üçün qurğular alanları hansı cəza gözləyir? - VİDEO

Avtomobil nömrəsini gizlətmək üçün qurğular alanları hansı cəza gözləyir? - VİDEO
SOSİAL
22:57 02.03.2026
253
Bir düymə ilə avtomobilin nömrəsini gizlədir... Qiyməti isə 400 manatdan başlayır...

AZXEBER.COM Xezerxeber.az-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə avtomobillərin dövlət qeydiyyat nişanını gizlətmək üçün xüsusi vasitələr satılır. Bu qurğuların satışını həyata keçirənlər az olsa da, maraqlananlar kifayət qədərdir.

Qanunvericiliyin tələbinə əsasən, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanına hər hansı formada müdaxilə etmək, o cümlədən məsuliyyətdən yayınmaq məqsədi ilə onları saxtalaşdırmaq, üzərini bağlamaq və s. əməllər hüuquqi məsuliyyət yaradır.

Bu qurğulardan istifadənin təhlükəsini artıran məqamlardan biri də, qeydiyyat nişanı bağlı olduğu halda törədilən yol nəqliyyat hadisəsidir.

Vəkilllər kollegiyasının üzvü Misirə Xəlilzadə deyir ki, bu halda qəza ehtiyatsızlıqdan yox, qabaqcadan planlaşdırılmış cinayət kimi də qiymətləndirilə bilər.

OXŞAR XƏBƏRLƏR