Avtomobil sığortası ilə bağlı YENİ QAYDALAR - VİDEO

Avtomobil sığortası ilə bağlı YENİ QAYDALAR - VİDEO
SOSİAL
22:02 16.06.2026
285
Sığorta tarixçəsi qəzasız olan sürücülərə 5 faiz endirim, sığorta tarixçəsində qəza olanlara 30 faiz əlavə məbləğ hesablanacaq.

AZXEBER.COM Xezerxeber.az-a istinadən xəbər verir ki, bu gündən etibarən ölkədə yeni sığorta qaydaları qüvvəyə minib. qaydalara əsasən, sığorta haqqının hesablanmasında tətbiq olunan bəzi əmsallar dəyişdirilib. Belə ki, avtonəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxslərin sayına görə əmsal avtonəqliyyat vasitəsi sahiblərinin sayına görə əmsalla Bonus-Malus sinfinə görə əmsal isə sığorta tarixçəsi ilə əvəz olunub. Yeni sistemə görə, sürücünün və ya nəqliyyat vasitəsi sahibinin sığorta tarixçəsi əsas götürüləcək. Sığorta tarixçəsi əmsalı minimum 0,60, maksimum isə 3 səviyyəsində müəyyən ediləcək. Qaydalara əsasən, son dəyişiklik tarixindən sonra 9 aydan artıq sığortalı olan və bu müddətdə təqsiri üzündən sığorta hadisəsi törətməyən şəxslərə hər dəfə 5 faiz güzəşt tətbiq ediləcək.

Sığorta məsələlərı üzrə ekspert Vüsal Bədəlov isə hesab edir ki, bu dəyişiklikdən sonra sığorta haqqı və sığorta ödənişinə də yenidən baxılmalıdır. Bunun üçün qanunda dəyişiklik edilməlidir.  

OXŞAR XƏBƏRLƏR