Avtomobilin dərəyə aşırıldığı əks olunan görüntülərlə bağlı cinayət işi başlandı

Avtomobilin dərəyə aşırıldığı əks olunan görüntülərlə bağlı cinayət işi başlandı
SOSİAL
14:35 12.05.2020
1820
Sosial şəbəkələrdə avtomobilin dərəyə aşırılması əks olunan videogörüntülərlə bağlı araşdırma aparılıb.

Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Ehsan Zahidov məlumat verib.

E. Zahidov sözlərinə görə, Bakıxanov qəsəbə sakini Zamin Babayev Sabunçu rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək, ona məxsus BMW markalı avtomobilin tanışı, dəfələrlə məhkum olunmuş Elnur Abbasov tərəfindən qaçırılması və həmin şəxs tərəfindən dərəyə atılması barədə məlumat verib: "Zamin Babayev ərizəsində qeyd edib ki, Elnur onun avtomobilini almaq istəyib, maşını yoxlamaq məqsədilə ondan alıb. Lakin daha sonra qaytarmayıb. Zamin Babayev bildirib ki, Elnur Abbasovla dəfələrlə telefon danışığı olub. Elnur Abbasov pul axtardığını və tapan kimi avtomobili alacağını deyib. Lakin mayın 11-də Elnur Abbasov Zamin Babayevə məxsus avtomobili dərədən yuvarlayıb”.

DİN sözcüsü bildirib ki, Sabunçu rayon Polis İdarəsində daxil olan məlumat əsasında araşdırmalar aparılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 186-cı (başqasının əmlakını məhv etmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda hadisəni törədən şəxsin tutularaq istintaqa cəlb edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Qeyd edək ki, Elnur Abbasov kriminal aləmdə "Kürd Elnur” kimi tanınır.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Əhməd Əl Şaraa Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
17:52 12.07.2025
Əhməd Əl Şaraa Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
KİV: İsrail və Suriya Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar aparacaq
17:39 12.07.2025
KİV: İsrail və Suriya Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar aparacaq
Abbas Əraqçi: İran BAEA ilə yeni formatda əməkdaşlıq etmək niyyətindədir
17:26 12.07.2025
Abbas Əraqçi: İran BAEA ilə yeni formatda əməkdaşlıq etmək niyyətindədir
Azərbaycanda sabiq nazir vəfat etdi
17:05 12.07.2025
Azərbaycanda sabiq nazir vəfat etdi
Rusiyanın mediadan xarici siyasət təsir aləti kimi istifadə etməsi regional sabitlik üçün təhdid alətinə çevrilib - RƏY
16:59 12.07.2025
Rusiyanın mediadan xarici siyasət təsir aləti kimi istifadə etməsi regional sabitlik üçün təhdid alətinə çevrilib - RƏY
“Rusiya Jurnalistlər İttifaqının müstəqil mediadan danışmağa mənəvi haqqı yoxdur” - Hacıbəy Heydərli
16:29 12.07.2025
“Rusiya Jurnalistlər İttifaqının müstəqil mediadan danışmağa mənəvi haqqı yoxdur” - Hacıbəy Heydərli
Sahib Alıyev: "Sputnik Azərbaycan"ın həbs olunan rəhbərlərinin jurnalistikaya heç bir aidiyyəti yoxdur
16:17 12.07.2025
Sahib Alıyev: "Sputnik Azərbaycan"ın həbs olunan rəhbərlərinin jurnalistikaya heç bir aidiyyəti yoxdur
Şəhid polkovnik Raquf Orucovun doğum günüdür
15:52 12.07.2025
Şəhid polkovnik Raquf Orucovun doğum günüdür
İsmayıllıda 40 yaşlı qadın itkin düşdü
15:41 12.07.2025
İsmayıllıda 40 yaşlı qadın itkin düşdü
Azərbaycan qazı Suriyaya ixrac ediləcək
15:36 12.07.2025
Azərbaycan qazı Suriyaya ixrac ediləcək
Aktauda yeni "Seebreze" açılacaq?
15:11 12.07.2025
Aktauda yeni "Seebreze" açılacaq?
SOCAR ilə Suriya Ərəb Respublikası Hökuməti arasında Anlaşma Memorandumu imzalanıb
14:42 12.07.2025
SOCAR ilə Suriya Ərəb Respublikası Hökuməti arasında Anlaşma Memorandumu imzalanıb
“Turan Tovuz”-“Traktor” matçının tarixi açıqlandı
14:37 12.07.2025
“Turan Tovuz”-“Traktor” matçının tarixi açıqlandı
Kəmaləddin Heydərov BMMT-nin yeni Baş katibi ilə Fəxri xiyabanı ziyarət edib - FOTO
14:28 12.07.2025
Kəmaləddin Heydərov BMMT-nin yeni Baş katibi ilə Fəxri xiyabanı ziyarət edib - FOTO
İlham Əliyevin Suriyanın keçid dövrü Prezidenti ilə geniş tərkibdə görüşü olub
14:10 12.07.2025
İlham Əliyevin Suriyanın keçid dövrü Prezidenti ilə geniş tərkibdə görüşü olub
Gəncədə 14 yaşlı yeniyetmə bıçaqlandı
13:40 12.07.2025
Gəncədə 14 yaşlı yeniyetmə bıçaqlandı