Oğuz rayonunun Calut kəndi ərazisində ağır yol qəzası baş verib.
AZXEBER.COM Report-a istinadla xəbər verir ki, Oğuz rayon sakini 1971-ci il təvəllüdlü Tərlan Ələşrəf oğlu Hümmətov idarə etdiyi "KİA” markalı avtomobillə hərəkətdə olarkən qarşısına çıxan atı vurub. Zərbənin gücündən at tələf olub.
Qəza nəticəsində avtomobildə olan sərnişin, 1960-cı il təvəllüdlü Mahirə Məsim qızı Məsimova müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralı qadın Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.