Avtomobilin qarşısına çıxan at qəzaya səbəb olub: Xəsarət alan var - FOTO

Avtomobilin qarşısına çıxan at qəzaya səbəb olub: Xəsarət alan var - FOTO
SOSİAL
21:56 06.11.2022
213
Oğuz rayonunun Calut kəndi ərazisində ağır yol qəzası baş verib.

AZXEBER.COM Report-a istinadla xəbər verir ki, Oğuz rayon sakini 1971-ci il təvəllüdlü Tərlan Ələşrəf oğlu Hümmətov idarə etdiyi "KİA” markalı avtomobillə hərəkətdə olarkən qarşısına çıxan atı vurub. Zərbənin gücündən at tələf olub.

Qəza nəticəsində avtomobildə olan sərnişin, 1960-cı il təvəllüdlü Mahirə Məsim qızı Məsimova müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralı qadın Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.
 

 

 

 


OXŞAR XƏBƏRLƏR