Avtomobilinə qartopu atan uşaqları güllələdi

Avtomobilinə qartopu atan uşaqları güllələdi
DÜNYA
11:17 07.01.2020
3486
ABŞ-ın Viskonsin ştatının Miluoki şəhərində bir şəxs avtomobilinə qartopu atan uşaqları güllələyib.

AZXEBER.COM oxu.az-a istinadən xəbər verir ki, 12 yaşlı qız və 13 yaşlı oğlan digər uşaqlarla birgə avtomobillərə qartopu atıb.

Bundan qəzəblənən "Toyota" markalı avtomobilin sahibi uşaqlara silahdan atəş açıb.

Yaralanan uşaqlar xəstəxanaya çatdırılıblar.

Polis hadisənin təfərrüatını araşdırır.
OXŞAR XƏBƏRLƏR