Faktla bağlı araşdırma aparılır
Bakıda avtomobil piyadanı vurub. Hadisə paytaxtın Məhəmməd Hadi küçəsində baş verib. Naməlum avtomobil Bakı şəhər sakini 2004-cü il təvəllüdlü Hüseyn Rzazadəni vurub.
H.Rzazadə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlər 12 yaşlı oğlanın həyati təhlükəsi olmadığını bildirib.
Faktla bağlı araşdırma aparılır.
///report