Avtomobilləri ildırım vuran hallarda sürücülər nəyə diqqət etməlidirlər? - VİDEO

Avtomobilləri ildırım vuran hallarda sürücülər nəyə diqqət etməlidirlər? - VİDEO
SOSİAL
23:51 12.06.2026
239
İldırım vurdu, yük maşını bir neçə dəqiqə ərzində alova büründü.

AZXEBER.COM Xezerxeber.az-a istinadən xəbər verir ki, hadisə Ağdaş rayonunun Ləki kəndində baş verib. Nurlan Allahverdiyevin idarə etdiyi TIRı ildırım vurması nəticəsində avtomobil yanıb.

Baş vermiş hadisə ildırımlı hava şəraitində avtomobillərin təhlükəsizliyi məsələsini də aktuallaşdırıb. Ustalar deyirlər ki, avtomobilin metal konstruksiyaya malik olması onu daha həssas edir.

Xüsusilə elektromobil və plug-in hibrid nəqliyyat vasitələrinin sayının artdığı bir dövrdə bu məsələ daha çox maraq doğurur. Sahil Ağabəyli hesab edir ki, həmin avtomobillərdə yüksək gərginlikli batareyalar xüsusi mühafizə sistemləri ilə təchiz olunsa da, ildırım vurması zamanı texniki nasazlıq və zədələnmə riski tam aradan qalxmır. Yəni həmin avtomobillər üçün də yanma riski yaradır.

Usta deyir ki, buna ən çox təhlükəli maye daşıyan avtomobillərin sürücüləri daha çox diqqət etməlidirlər.

Mütəxəssislər ildırımlı hava şəraitində mümkün qədər təhlükəsiz ərazidə dayanmağı, avtomobilin pəncərələrini bağlı saxlamağı və metal hissələrə toxunmamağı tövsiyə edirlər.

OXŞAR XƏBƏRLƏR