Avtonəqliyyat vasitələrinin icbari sığortası üzrə 11 aylıq göstəricilər açıqlanıb

İQTİSADİYYAT
11:21 03.12.2013
1924

Cari ilin noyabr ayında 80 795 avtonəqliyyat vasitəsi icbari sığortaya cəlb olunub.

AZXEBER.COM-un İcbari Sığorta Bürosuna istinadən verdiyi xəbərə görə, bunların 19,2 minə qədərini xarici ölkədə qeydiyyata alınıb və Azərbaycana tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri təşkil edib.Göstərilən dövrdə bağlanmış icbari sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği 6,3 milyon manatdan çox olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə sığorta haqlarının məbləğində 9,2% artım müşahidə edilib.Ümumilikdə 2013-cü ilin yanvar-noyabr ayları ərzində “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” üzrə 856,3 sığorta müqaviləsi bağlanıb, bu müqavilələr üzrə daxil olan sığorta haqlarının məbləği 65,4 milyon manat təşkil edib.Cari ilin noyabr ayında orta sığorta haqqı 78,6 manat təşkil edib.Bildirək ki, ilin noyabr ayı ərzində “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” üzrə büronun iştirakçıları olan sığorta şirkətləri tərəfindən 2,353 sığorta tələbi üzrə 3,129,573 manat məbləğində sığorta ödənişi həyata keçirilib.Ümumilikdə, 2013-cü ilin yanvar-noyabr ayları ərzində “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” üzrə büronun iştirakçıları olan sığorta şirkətləri tərəfindən 16,655 sığorta tələbi üzrə 22,9 milyon manat məbləğində sığorta ödənişi həyata keçirilib.Cari ayda avtomobillərə dəymiş zərərə görə verilmiş sığorta ödənişlərinin orta məbləği 1,353 manat təşkil edib.

OXŞAR XƏBƏRLƏR