Azərbaycan Ordusunun çətin relyefli dağlıq ərazidə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində həlak olan hərbi qulluqçusu Nihad Namazov Tovuz rayonunun Qovlar şəhər qəbristanlığında dəfn olunub.
"Report”un Qərb bürosunun məlumatına görə, mərasimdə mərhumun ailə üzvləri, hərbçilər, rəsmi şəxslər, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.










































