Avtoritetlər Lənkəranskiyə görə toplaşır

KRİMİNAL
10:03 18.08.2017
5508

Bu gün Türkiyədə güllələnərək qətlə yetirilən azərbaycanlı avtoritet Rövşən Lənkəranskinin (Canıyev) il mərasimi keçirilir. 

Yas mərasimi mərhumun ailəsinin yaşadığı Kiçik Bazar məhəlləsində baş tutacaq. 

Lənkəranskinin il mərasimində bir çox tanınmış "oğru"nun iştirak edəcəyi gözlənilir. Bunun üçün də yüksək təhlükəsizlik tədbirləri görülüb. 

Qeyd edək ki, Lənkəranskinin ölümü ilə bağlı Türkiyədə və Rusiyada bir neçə nəfər saxlanılıb, onun qətlində günahlandırılan bir neçə şəxs isə Lənkəranskinin öz tərəfdarları tərəfindən öldürüldüyü bildirilir. 

///qafqazinfo

OXŞAR XƏBƏRLƏR