‘Avtoşluq’ edən Araz Abdullayev cəzalandırıldı - VİDEO

İDMAN
15:27 22.04.2014
3466
“Neftçi”nin oyunçusu 3 oyunluq cəzalanıb, klub 2000 manat cərimə olunub
Adı avtoxuliqanlıqda hallandırılan “Neftçi” klubunun 7 №-li futbolçusu Araz Abdullayev cəzalandırılıb. ANS PRESS-in məlumatına görə, AFFA İntizam Komitəsinin iclası keçirilib.
Futbolçu Topaz Premyer Liqasının XXXI turunun “Neftçi” – “Sumqayıt” matçındakı hərəkətinə görə cəzalandırılıb. Belə ki, A.Abdullayev oyunun 90+2-ci dəqiqəsində azarkeşləri təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Buna görə, futbolçu 3 oyunluq cəzalanıb. Klub 2000 manat cərimə olunub.
“Neftçi” klubunun vitse-prezidenti Tahir Süleymanovun cəzası başa çatsa da, ona verilmiş cərimə ödənilmədiyi üçün stadiona giriş qadağası hələ də davam edir. Lakin Tahir Süleymanov Topaz Premyer Liqasının XXXI turunun “Neftçi” – “Sumqayıt” matçında iştirak edib. Oyunun AFFA nümayəndəsinin oyundan öncə ona stadionu tərk etməsini bildirsə də, o, bunu rədd edib və oyunu izləməyə davam edib. Bu səbəbdən də, “Neftçi” klubunun vitse-prezidenti Tahir Süleymanova verilmiş cərimə ödənilməyənədək onun klubun iştirakı ilə keçirilən Topaz Premyer Liqası və ölkə kuboku matçlarında stadiona girişinə qadağa sanksiyası davam edir. Əgər adıçəkilən şəxs tərəfindən verilmiş qərar yenidən pozularsa, ona qarşı daha ciddi sanksiyalar tətbiq ediləcək.
OXŞAR XƏBƏRLƏR