"Avtovağzal" metrostansiyasından Bakının mərkəzinə birbaşa gəlmək mümkün olacaq - VİDEO

"Avtovağzal" metrostansiyasından Bakının mərkəzinə birbaşa gəlmək mümkün olacaq - VİDEO
SOSİAL
22:48 19.06.2026
155
Metronun "Avtovağzal" stansiyasından Bakının mərkəzinə birbaşa gəlmək mümkün olacaq.

AZXEBER.COM-un Xezerxeber.az-a istinadən məlumatına görə, Bənövşəyi xəttin şərti adı "B-05" olan 6-cı stansiyası sərnişinlərə "Nizami" stansiyası vasitəsilə Yaşıl xəttə birbaşa keçid imkanı yaradacaq. Bu isə metronun gələcək mobillik və sərnişin paylanması xəritəsini tamamilə yeniləyir. Stansiya Yasamal rayonu, Şamil Əzizbəyov küçəsi ətrafında yerləşəcək.

"Bakı Metropoliteni" Qsc-nin mətbuat katibi Bəxtiyar Məmmədov deyir ki, "Xocəsən" və "Avtovağzal"dan başlayan axın istiqamətləri yeni stansiyanın strateji əhəmiyyətini əyani şəkildə sübut edir.

Onun sözlərinə görə, yeni tikiləcək stansiya təkcə yeraltı nəqliyyatı birləşdirməyəcək, həm də yerüstü marşrutların inteqrasiya olunduğu böyük bir nəqliyyat qovşağına çevrilə bilər.

Bir sözlə, yeni stansiyanın inşası ilə paytaxt nəqliyyatının yükü bərabər paylanacaq və sərnişinlərin mənzil başına daha tez çatması təmin olunacaq.

OXŞAR XƏBƏRLƏR