Avtovağzalda 24 yaşlı qadının başını niyə kəsdilər?- CİNAYƏTİN DETALLARI

Avtovağzalda 24 yaşlı qadının başını niyə kəsdilər?-  CİNAYƏTİN DETALLARI
SOSİAL
12:05 21.09.2016
10910
Tovuz rayonunda törədilmiş qətl hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb. 
Tovuz şəhərində yerləşən avtovağzalda 1992-ci il təvəllüdlü İbrahimova Aytəkin Ədalət qızı həyat yoldaşı, 31 yaşlı Hüseynov Taleh Aydın oğlu tərəfindən ailə münaqişəsi zəminində öldürülüb. Bildirilir ki, cütlük arasında bir müddət əvvəl problemlər yaranıb və onlar ayrı yaşamağa başlayıblar. Dünən axşam saatlarında Aytəkinin işdən çıxmasını gözləyən Taleh ona yaxınlaşaraq mübahisə edib və daha sonra özü ilə gətirdiyi bıçaqla gənc qadının boğazını kəsərək onu öldürüb.
İlkin araşdırma zamanı o da məlum olub ki, A.İbrahimova müddətdən artıq hərbi qulluqçu olub. Cütlüyün 2 azyaşlı övladı qalıb.
Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
///Lent.az
OXŞAR XƏBƏRLƏR