Avtovağzalda özbaşınalıq: Qiymətlər "od tutub yanır" - VİDEO

Avtovağzalda özbaşınalıq: Qiymətlər "od tutub yanır" - VİDEO
SOSİAL
15:29 15.11.2016
2156
Adi mağazalarda bir qiymət, avtovağzallardakı mağazalarda isə başqa bir qiymətdir.
 
Vətəndaşlar avtovağzalların daxilində olan mağazalarda satılan malların qiymətlərinin baha olmasından narazıdırlar. Hətta bəzi malların qiyməti adi mağazalarla müqayisədə 50% bahadır. Bu fərq özünü xüsusən un məmulatlarında daha çox göstərir. Sanki insanları yola çıxmasından sui-istifadə edən mağaza sahibləri qiymətləri istədikləri kimi qaldırır. Satıcıların isə demək olar ki, hamısı belə bir fərqin olmasını inkar edir. Hər nə qədər qəribə səslənsə də onlar hətta bəzi malları topdan qiymətinə satdıqlarını deyirlər. Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən isə bildirilir ki, burada istehlakçıların hüquqları pozulmur. Çünki sahibkarlıq haqqında qanunun 6-cı maddəsinə əsasən istehsalçılar və sahibkarlar təqdim etdikləri məhsul istədikləri qiymətə sata bilərlər.
 
AZXEBER.COM "Xəzər Xəbər”-in mövzu ilə bağlı daha ətraflı videomaterialını təqdim edir:
 

OXŞAR XƏBƏRLƏR