Çavuşoğlu 15 ildən sonra ilk dəfə İsrailə səfər edəcək

Çavuşoğlu 15 ildən sonra ilk dəfə İsrailə səfər edəcək
SİYASƏT
10:06 24.05.2022
337
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu gün Fələstinə və İsrailə səfər edəcək.

AZXEBER.COM "TRT Haber"ə istinadla xəbər verir ki, nazir Türkiyə və Fələstin xarici işlər nazirlərinin birgə komitəsinin iclasında iştirak edəcək.

Çavuşoğlu fələstinli həmkarı Riyad əl-Maliki və ərəb dövlətinin başçısı Mahmud Abbasla da danışıqlar aparacaq.

Bundan başqa həmin gün Çavuşoğlu 15 ildən sonra İsrailə səfər edəcək və xarici işlər naziri Yair Lapid ilə danışıqlar aparacaq.

Danışıqlarda ikitərəfli, regional və beynəlxalq məsələlərin müzakirəsi planlaşdırılır.
OXŞAR XƏBƏRLƏR