Çavuşoğlu ATƏT-in Baş katibi ilə Ukraynadakı prosesləri müzakirə etdi

Çavuşoğlu ATƏT-in Baş katibi ilə Ukraynadakı prosesləri müzakirə etdi
DÜNYA
19:55 27.02.2022
303
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə ATƏT-in Baş katibi Helqa Maria Şmit arasında telefon danışığı olub.

Bu barədə "Report"un yerli bürosuna Türkiyə XİN-dən məlumat verilib.

Məlumatda qeyd olunub ki, telefon danışığı zamanı Ukraynadakı proseslər, ölkədəki humanitar vəziyyətin yaxşılaşdırılması və atəşkəsin əldə olunması haqqında fikir mübadiləsi aparılıb.
OXŞAR XƏBƏRLƏR