"Bu gün Ukraynada baş verənlər, hər birimizin əleyhinə olduğu müharibə ikili standartları bir daha göstərdi”.
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Pakistanın paytaxtı İslamabadda keçirilən İslam Əməkdaşlığı Təşkilatı ölkələrinin xarici işlər nazirlərinin iclasında deyib.
"Halbuki bizim üçün Xarkovda tökülən qanla Hələbdə tökülən qan eynidir. Heç bir fərq yoxdur. Çünki bizim mədəniyyətimiz bunu tələb edir”, - nazir vurğulayıb. / report