Çavuşoğlu: "Qarabağda əsas məsələ atəşkəsin davam etməsidir"

Çavuşoğlu: "Qarabağda əsas məsələ atəşkəsin davam etməsidir"
SİYASƏT
15:10 29.12.2020
718
"22 dəfə əlaqə saxlamışıq. Bu gün keçmiş toplantılarda imzaladığımız sənədləri gözdən keçirdik".

AZXEBER.COM xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu dekabrın 29-da rusiyalı həmkarı Sergey Lavrovla görüşdən sonrakı birgə mətuat konfransında bildirib.

"Regional məsələlərdə məsləhətləşmələri davam etdirəcəyik. Qarabağda əsas məsələ atəşkəsin davam etməsidir. Bu proses davam edərsə, o zaman Türkiyə ilə münasibətlərə də baxmaq olar”, - o deyib.

M.Çavuşoğlu ikitərəfli ticarət əlaqələrini də inkişaf etdirəcəklərini vurğulayıb.

Türkiyə XİN başçısı Liviya və Suriyada Rusiya ilə birgə fəaliyyəti də yüksək qiymətləndirib.
OXŞAR XƏBƏRLƏR