Bu gün Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və rusiyalı həmkarı Sergey Lavrov arasında görüş olacaq.
AZXEBER.COM TASS informasiya agentliyinə istinadən xəbər verir ki, nazirlər G-20 ölkələrinin XİN başçılarının İndoneziyada keçiriləcək toplantısı çərçivəsində bir araya gələcəklər.
S.Lavrov, həmçinin Çinin xarici işlər naziri Vanq Yi ilə görüşəcək.
Qeyd edək ki, G-20 ölkələrinin XİN başçılarının iclası bu gün başlayacaq və 2 gün davam edəcək.