"AXC-Müsavat cütlüyü ölkəmizi məhvə aparırdı" - İlham Əliyev

"AXC-Müsavat cütlüyü ölkəmizi məhvə aparırdı" - İlham Əliyev
SİYASƏT
12:54 04.08.2017
1361
Ulu öndər Heydər Əliyev Azərbaycandan Moskvaya gedəndən sonra bütün sahələrdə Azərbaycan tənəzzüllə qarşılaşdı, iqtisadi, sənaye potensialımız yavaş-yavaş aşağı düşməyə başladı və nəticədə müstəqilliyimizin ərəfəsində ölkə iqtisadiyyatı və sənayesi, demək olar ki, çox ağır vəziyyətdə idi.
AZXEBER.COM AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün Qaxda keçirilən barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində giriş nitqində deyib.

Dövlət başçısı bildirib ki, müstəqilliyimizin ilk illərində isə antimilli qüvvələr - AXC-Müsavat cütlüyü ölkəmizi, demək olar ki, məhvə aparırdı: "Həm siyasi böhran, hərbi böhran, vətəndaş müharibəsi, torpaqlarımızın işğal altına düşməsi, eyni zamanda, onların səriştəsizliyi və savadsızlığı ucbatından ənənəvi kənd təsərrüfatı sahələri artıq tənəzzülə uğradı, sənaye istehsalı da həmçinin. O vaxt inflyasiya min faizlərlə ölçülürdü və ölkənin perspektivləri çox qaranlıq idi".

Prezident bildirib ki, ulu öndər Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə qayıdandan sonra 1993-cü ildən başlayaraq ölkəmizdə sabitlik təmin edildi, bütün qanunsuz silahlı birləşmələr tərksilah edildi, qayda-qanun yaradıldı, xaosa, anarxiyaya, hərc-mərcliyə son qoyuldu və Azərbaycan sabitlik dövrünə qədəm qoydu:

"O vaxt əlbəttə ki, bizim böyük maliyyə imkanlarımız yox idi, Azərbaycan dünyada çox riskli bir ölkə kimi tanınırdı. Ona görə, ilk növbədə, ölkəmizi dünyada tanıtmaq, investisiyaları cəlb etmək məqsədi qarşımızda durmuşdu və biz bu məqsədə nail olduq. "Əsrin kontraktı"nın imzalanması bunun bariz nümunəsidir. O vaxt Azərbaycana böyük investisiya axınını təmin edən bu tarixi layihə ölkəmizin həyatında xüsusi rol oynamışdır. Eyni zamanda, sənaye istehsalı ilə bağlı çox ciddi addımlar atılmışdır. Xüsusilə o vaxt kənd təsərrüfatının inkişafı ilə bağlı qəbul edilmiş qərarlar imkan verdi ki, kənd təsərrüfatı inkişaf etməyə başlasın. Kəndlilər, fermerlər yaxşı bilirlər ki, Heydər Əliyevin göstərişi ilə fermerlər torpaq vergisi istisna olmaqla, bütün vergilərdən azad edilmişdir, torpaq islahatı aparılmışdır və inkişafa gedən yolda ilk addımlar atılmışdır. Düzdür, o vaxt bizim maliyyə imkanlarımız çox məhdud idi, ona görə dövlət kənd təsərrüfatına öz maddi dəstəyini lazımi səviyyədə göstərə bilmirdi. Ancaq özəl sahibkarlıq, bazar iqtisadiyyatına keçid nəticəsində kənd təsərrüfatında inkişaf dövrü başlamışdır".

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Prezident və xanımı çərşənbə tonqalı ətrafında - FOTOLAR
21:10 04.03.2025
Prezident və xanımı çərşənbə tonqalı ətrafında - FOTOLAR
İlham Əliyev D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul etdi
21:06 04.03.2025
İlham Əliyev D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul etdi
Peskov: Rusiya ABŞ və İran arasındakı fikir ayrılıqlarının həllinə kömək etməyə hazırdır
20:46 04.03.2025
Peskov: Rusiya ABŞ və İran arasındakı fikir ayrılıqlarının həllinə kömək etməyə hazırdır
Qonca Vuslateri Parisdə məşhur jurnalın üz qabığında - FOTOLAR
20:15 04.03.2025
Qonca Vuslateri Parisdə məşhur jurnalın üz qabığında - FOTOLAR
İftar vaxtı – 5 mart 2025: Ramazanın 5-cü günü
20:13 04.03.2025
İftar vaxtı – 5 mart 2025: Ramazanın 5-cü günü
Hikmət Hacıyev Fələstin səfirini qəbul etdi
20:08 04.03.2025
Hikmət Hacıyev Fələstin səfirini qəbul etdi
"Real" braziliyalı futbolçu ilə müqavilə müddətini uzadacaq
19:57 04.03.2025
"Real" braziliyalı futbolçu ilə müqavilə müddətini uzadacaq
Prezident Fuad Nağıyevə buna görə şiddətli töhmət verib - Cinayət işi açılacaq
19:48 04.03.2025
Prezident Fuad Nağıyevə buna görə şiddətli töhmət verib - Cinayət işi açılacaq
“Hizbullah” komandiri İsrailin PUA-nın zərbəsi nəticəsində öldürülüb
19:48 04.03.2025
“Hizbullah” komandiri İsrailin PUA-nın zərbəsi nəticəsində öldürülüb
"Antidepressant" plagiat çıxdı
19:37 04.03.2025
"Antidepressant" plagiat çıxdı
ABŞ Ukraynaya hərbi yardımı dayandırmaq qərarını NATO ilə məsləhətləşmədən verib
19:23 04.03.2025
ABŞ Ukraynaya hərbi yardımı dayandırmaq qərarını NATO ilə məsləhətləşmədən verib
"Mançester Yunayted" "Real"ın qapıçısını transfer etmək istəyir
19:12 04.03.2025
"Mançester Yunayted" "Real"ın qapıçısını transfer etmək istəyir
KİV: Qəzzanın bərpası 38 milyard dollara başa gələcək
18:51 04.03.2025
KİV: Qəzzanın bərpası 38 milyard dollara başa gələcək
Aİ Ermənistana yeni tranş ayırmağa hazırlaşdığını təsdiqləyib
18:44 04.03.2025
Aİ Ermənistana yeni tranş ayırmağa hazırlaşdığını təsdiqləyib
Aİ Avropanın təhlükəsizliyi və Ukrayna üçün 150 milyard avro təklif edir
18:29 04.03.2025
Aİ Avropanın təhlükəsizliyi və Ukrayna üçün 150 milyard avro təklif edir
İranın müvəqqəti işlər vəkili Türkiyə Xarici İşlər Nazirliyinə çağırıldı
18:22 04.03.2025
İranın müvəqqəti işlər vəkili Türkiyə Xarici İşlər Nazirliyinə çağırıldı