AXCP Gənclər Komitəsi 'Eurovision'da Bakıya gələcək turistlərə müraciət etdi - MƏTN

GƏNCLİK
15:36 10.05.2012
1923
AXCP Gənclər Komitəsi "Eurovision" öncəsi yerli və beynəlxalq mediaya müraciət göndərib. AXCP GK-dan AZXEBER.COM-a göndərilən məlumatı təqdim edirik: Hörmətli media! Bir müddət öncə Azərbaycan hökuməti paytaxtdakı taksilərə göstəriş verib ki, "Eurovision" ərəfəsində Bakıya gələn əcnəbi jurnalist və ayrı-ayrı şəxsləri yalnız şəhərin mərkəzindəki abadlaşdırılmış küçələrlə aparsınlar. Bu isə anoloqsuz inkişaf nağıllarını yaymaqla paytaxtın əsl simasını gizlətmək istəyindən irəli gəlir.  AXCP Gənclər Komitəsi olaraq həqiqətlərin yayılması və hakimiyyətin bu siyasətinin ifşa olunması üçün bexynalxalq təşkilatlara, əcnəbi mediaya ingilis, alman dillərində müraciət yaydıq.Hörmətli əcnəbi vətəndaşlar, jurnalistlər və diplomatlar! Eurovision 2012 mahnı müsabiqəsinə ev sahibliyi edəcək ölkəmizə- Azərbaycana ardıcıl səfərləriniz başlayacaq. Öncə, bildirmək istəyirik ki, Azərbaycanın bu musiqi yarışmasında qalib olması və ev sahibliyi etməsi azərbaycanlılar olaraq bizi çox sevindirdi. Ancaq başqa qalib ölkələrdən fərqli olaraq Azərbaycanda Eurovisiona hazırlıq vətəndaşlarımızın bəzi hüquqlarını, başlıcası mülkiyyət hüquqlarının kobud şəkildə pozulması ilə həyata keçirilir. Müsabiqə keçiriləcək ərazidə yaşayan yüzlərlə ailə uyğun kompensasiya ödənilmədən evlərindən chixarildı. Bu müsabiqə tarixinde ilk defe olaraq qələbənin nəticəsindən əziyyət çəkən ilk xalq olduq. Azərbaycan hakimiyyəti özünün müsbət imicini qurmaq məqsədilə paytaxt Bakının mərkəzində divarların ağardılmasından, park və küçələrə üzlük döşənməsi, bahalı ağac və kolların əkilməsindən ibarət abadlıq işləri həyata keçirir. Zahiri abadlıq işi Eurovision yarışmasının Bakıda keçirilməsi xəbərindən sonra daha da sürətlənib. Bu abadlıq işləri milyonlarla vəsaitin xərclənməsi ilə Eurovision keçiriləcək yer ve ona yaxın ərazilərdə görülür. Məqsəd musiqi yarışması zamanı ölkəyə gələcək minlərlə jurnalistə və çox saylı xarici vətəndaşlara- sizlərə Azərbaycanın prezident İlham Əliyevin dili ilə desək, ölkəmizin “analoqu olmayan inkişafı”nı göstərməkdir. Əslində isə bu abadlıq işləri Bakının yalnız mərkəzi küçələrində görülür, şəhərin nisbətən kənar küçə və rayonları ən müxtəlif problemləri yaşamaqdadır. Bu səbəbdən paytaxtda çalışan taksilərə əcnəbi qonaqları, turistləri getmək istədikləri yerlərə mərkəzi yol və küçələrlə aparmaq, kənar küçə və rayonlardakı yollarla aparmamaq tapşırılıb. Bu tapşırığın nəticəsində sizlər neft ölkəsi Azərbaycanın paytaxtının mərkəzi rayonundan başqa rayonlarda bərbad yolları, kasıb evləri, vətəndaşların üzləşdiyi çox saylı problemləri görməyəcəksiniz. 

OXŞAR XƏBƏRLƏR