Aparıcı Xoşqədəm Hidayətqızı valideynlərini itirdikdən sonra ilk dəfə həftə sonları yayımlanan "Günaydın Azərbaycan" verilişinin canlı yayımına çıxıb.
AZXEBER.COM xəbər verir ki, aparıcı hələ də bu itki ilə barışa bimədiyini deyib.
Daha sonra o, özünü toparlayacağına və ağlamayacağına söz verib:
"Allah valideynlərimə rəhmət eləsin. Atamın gedişi ilə çox şey qazandım əslində. Allah mənə 54 günün içində bunları yaşadıb, məni daha güclü etdi. Sadəcə deyə bilərəm ki, valideynləriniz sağ ikən onlara sarılın, sonra istəsəniz də edə bilməyəcəksiniz. Çox gec olacaq. Daha ağlamayacağam, çünki atam anam üçün ağlayanda məni danladı. Dedi sən tamaşaçı qarşısında belə ağlamamalı idin. Mən axşam evimə gedəndə valideynlərimin otağını görəndə, yataqlarına baxanda, sevdiyi yeməkləri görəndə nələr çəkirəm, onu bir Allah, bir də mən özüm bilirəm".
Aysel