Türkiyədə dəhşətli cinayət hadisəsi törədilib.
AZXEBER.COM Milli.Az-a istinadla xəbər verir ki, Türkiyənin Tokat vilayətində yaşayan qadın oğlunu öldürdükdən sonra canına qəsd edib.
Psixoloji problemləri olduğu üçün dərman qəbul edən Tuğba Uzun adlı qadın 4-cü sinifdə oxuyan oğlu Kayra Uzunu öldürdükdən sonra mətbəxdə intihar edib.
Uşağın atası axşam saatlarında evə gəldikdə qapının bağlı olduğunu görüb. O, qapını açmaq üçün çilingər çağırıb. Onlar qapını açıb içəri keçdikdə evdə iki cəsəd görüblər.
Hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.