Barəsində cinayət işi açılaraq beynəlxalq axtarışa verilən müğənni Rəqsanə İsmayılova Moskvada kef edir.AZXEBER.COM-un məlumatına görə, müğənni Moskvanın Razvilka bölgəsində çəkdirdiyi fotoları 10 dəqiqə əvvəl sosial şəbəkədə bu şərhlərlə paylaşıb: "Görürsüz, məndə hər şey yolundadı. Mən bir az sevinmək istəyənlərə demək istəyirəm ki, Allah sizə kömək olsun. Nə günə düşdüz, vayyyy."Azərbaycan polisinə meydan oxuyan Rəqsanə hətta şopinqə çıxıb özünə təzə yay ayaqqabısı da alıb.Dünən İstanbula yola düşməli olan Rəqsanə səfərinin təxirə salınmasını səbəblərini də yazıb: "Dostlar, qrip olmuşam, bu xəstəlik qurtarmır. Çox gözəl bir məclisim çıxdı, o üzdən İstanbula gedə bilmədim. Hal hazırda Moskvadayam dostlar. Şəkərə görə çox gözəl təmamilə ləğv olunan müalicə çıxdı. Çox şükür. Mama da qurtaracaq bu bəladan. Neçə ildir anam əziyyət çəkir. Bu dəqiqə müalicə alır. Allah hər bir bəndəsinə kömək olsun!"Xatırladaq ki, R. İsmayılova barəsində 5 nəfərin şikayət ərizəsi əsasında istintaq araşdırması başlanılıb. Bu şəxslər müxtəlif epizodlar üzrə müğənninin onların etimadından sui-istifadə edərək, aldadıldıqlarını, külli miqdarda vəsaitlərinin mənimsənildiklərini bildirirlər. Əgər müğənninin günahı sübuta yetirilsə, onu 7 ildən 12 ilədək həbs gözləyir. Onun barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb və məhkəmənin qərarı ilə axtarış elan olunub.