4 gündür itkin düşən bələdiyyə işçisi 55 yaşlı Bayram Əli Qoç boynuna daş bağlanmış halda dənizdə ölü tapılıb.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Türkiyənin Aydın bölgəsində baş verib.
Belə ki, 3 uşaq atası olan bələdiyyə işçisi Bayram Ali Koçun yaxınları itkin düşdüyü üçün bir müddət əvvəl polisə müraciət ediblər. Sonradan məlum olub ki,
O, öz mobil telefonu ilə ailəsinə "Məni tapmaq istəyirsinizsə, dənizin dibinə baxın" deyə səsli mesaj göndərib.
Ötən gün axşam dənizə dalan dalğıc qrupu dənizin dibində boynuna daş bağlanmış kişi cəsədi ilə qarşılaşıb. Dalğıc vəziyyəti Sahil Mühafizəsi qruplarına xəbər verib. Komandalar cəsədin yanına gəlib onu sudan çıxarıblar. Meyitin iyulun 26-dan bəri xəbər alınmayan Bayram Ali Koça məxsus olduğu müəyyən edilib. Qoçun cansız bədəni yarılma üçün meyitxanaya aparılıb. Hadisə ilə bağlı istintaq davam edir.
Oksana