Dünya Ramazan bayramına hazırlaşır. Bəzi ölkələr bu gün bayram etsə də, bir qisim bu gün Ramazan ayının son gününü yaşayır.
Bayaram ayın görünməsindən asılı olaraq qeyd edilir.
Bayram ərəfəsində Tailandda qəribə hal yaşanıb. Ölkənin şeyxülislamlıq idarəsi daha öncə bayramın iyulun 5-nə təsadüf edəcəyini açıqlamışdı.
Ötən gecə verilən açıqlamada isə ayın görünmədiyi və bayramın iyulun 6-na keçirildiyi bildirilib. Tailandda yaşayan 8 milyondan çox müsəlmanı birləşdirən idarə hər il ramazanla bağlı fətva verir.
Aparılan araşdırmalardan və müşahidələrdən sonra bu ölkədə ramazan ayı bir gün uzanıb.
///anspress