Çay sahilində kişi meyiti tapıldı

Çay sahilində kişi meyiti tapıldı
SOSİAL
15:30 26.02.2018
1978
Salyan rayonunda kişi meyiti aşkar edilib. 

AZXEBER.COM "Report”a istinadən xəbər verir ki, bu gün səhər saatlarında Ələt-Astara magistral yolunun yaxınlığından keçən Akkuşa çayı sahilində kişi meyiti tapılıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib. 

Araşdırmalardan sonra məlum olub ki, bu, Arbatan kənd sakini, 1986-cı il təvəllüdlü Qəniyev Elməddin İsrail oğludur.

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR