“Xəzər” telekanalının “Ay Zaur” verilişinin yayımı dayandırılıb.
Axşam.az-ın məlumatına görə, bu haqda verilişin aparıcısı Zaur Kamal deyib.
Onun sözlərinə görə, yenilik etməyin zamanı çatıb:
"Ay Zaur" bitdi. Beş ildir ki, efirdə idik. Hər buraxılışı birinci olurdu. Bir az dəyişiklik etmək istədim. Bundan sonra həftənin beş günü, "Beşdə beş" verilişi ilə tamaşaçıların görüşünə gələcəm".