Ayağı sınan xadimə şoka düşüb öldü

Ayağı sınan xadimə şoka düşüb öldü
HADİSƏ
11:30 02.01.2026
147
Goranboyda qadın faciəvi şəkildə vəfat edib.

"Qafqazinfo” xəbər verir ki, hadisə yanvarın 1-i saat 16 radələrində rayonun Dəliməmmədli kəndində qeydə alınıb.

Şəhər ərazisində "Azərbaycan Dəmir Yolları” QSC-də xadimə işləyən Samux rayon sakini 1967-ci il təvəllüdlü Nahidə Yusif qızı Məmmədovanın ayağı sınıb.

Belə ki, qadın dəmir yolu relsinin üzərindən keçərkən ayağı relsin kənarındaki beton dirəyin arasında qalaraq qırılıb. Ağrıdan şoka düşən N.Məmmədova hadisə yerində vəfat edib.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR