Ayağı tutulan Tağı Əhmədov: "Həkim yoxdur, olsaydı, məni sağaldardı"

Ayağı tutulan Tağı Əhmədov: "Həkim yoxdur, olsaydı, məni sağaldardı"
SOSİAL
13:44 01.02.2022
319
"1,5 ildən artıqdır ki, ayaqlarım tutulub”.

AZXEBER.COM xəbər verir ki, bu sözləri Qaynarinfo-ya açıqlamasında Bakı metropoliteninin sabiq rəisi Tağı Əhmədov deyib. Keçmiş rəis səhhətinin çox pis olduğunu bildirib:

"İlyarımdır yeriyə bilmirəm. Bilmirəm nəyə görə bu xəstəliyə tutuldum. Xəstəliyimin konkret diaqnozu "Miyelit”dir (onurğa-beyin iltihabı)".

Tağı Əhmədov vurğulayıb ki, xaricdən Bakıya yenicə qayıdıb: "Bir ildir Türkiyədə müalicə olunurdum. Almaniyaya da getdim. Xeyri yoxdur. Həkim olsaydı, məni sağaldardı. Həkim yoxdur. Olsaydı, konkret müalicəmi deyərdilər”.
OXŞAR XƏBƏRLƏR