"Ayağıma çoxlu qəlpə dəydi”"- Ermənilərin yaraladığı 13 yaşlı Ramin danışdı - VİDEO

"Ayağıma çoxlu qəlpə dəydi”"- Ermənilərin yaraladığı 13 yaşlı Ramin danışdı - VİDEO
SOSİAL
16:04 08.08.2017
1304
Tovuzun düşmənlə sərhəddə yerləşən Qaralar kəndi tez-tez atəşə məruz qalır.

AZXEBER.COM  ARB 24 xəbər verir ki, ermənilər daha çox əhalini təsərrüfat sahələrində işləyən zaman atəşə tuturlar.

Avqustun 7-də axsam saatlarında erməni silahlı qüvvələrinin növbəti dəfə atəşkəsi pozması nəticəsində kənd sakini, 13 yaşlı Ramin Yusifov atla ot gətirərkən yaralanıb.

İlhamə Yusifova - anası: "1 həftə bundan əvvəl nəvəm evə daxil olanda erməni silahlı qüvvələri güllə atdı. Xoşbəxtlikdən nəvəmi tutmadı".

Bəndər Zeynalov - sakin: "Saat 6-da başlayırlar güllələməyə. Biz də işləyirik. Uşaq da atla ot gətirirmiş. Atıblar, ata bir az yaxın keçib. Atıblar, yerə dəyib, çox şükür ki, uşağı tutmayıb. Qəlpələr bir az ayağını tutub. Sağ olsun komandirlər, maşın göndərdilər".

Düşmənin gülləsi kənd sakinlərini qorxutmur. Çünki onlar Azərbaycan ordusunun gücünə güvənir.

Cavid Rüstəmov - sakin: "Qonaq gəlmişəm nənəmgilin evinə. Ermənilər atır, heç qorxmuram. Onlar kimdir ki, onlardan qorxum".

Bədənində çoxsaylı qəlpə yarası alan Ramin Yusifov dərhal təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb. Yaralı yeniyetmə əməliyyat olunub, vəziyyəti normaldır.

Sabir Yusifov - atası: "2-ci dəfədir ki, bu uşağa ermənilər güllə atır. Dinc əhaliyə imkan vermirlər ki, çölə çıxsınlar".

Ramin Yusifov - yaralı: "Güllə gəlib yanıma düşüb partladı. Qılçama çoxlu qəlpə dəydi, mən də tez evə qaçdım".

İcra nümayəndəsinin sözlərinə görə, evlərin, mülki sakinlərin ermənilərin hədəfinə məruz qalmaması üçün ordu tərəfindən müəyyən tədbirlər görülür. Hazırda kənddə nisbi sakitlik hökm sürür.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İsrailin zərbəsi nəticəsində SEPAH-ın üç hərbçisi həlak olub
20:06 22.06.2025
İsrailin zərbəsi nəticəsində SEPAH-ın üç hərbçisi həlak olub
ABŞ İranla bağlı şərtini açıqlayıb
19:46 22.06.2025
ABŞ İranla bağlı şərtini açıqlayıb
İƏT-in Nazirlər Şurası Qərbi Azərbaycan İcması ilə bağlı qətnamə qəbul edib
19:27 22.06.2025
İƏT-in Nazirlər Şurası Qərbi Azərbaycan İcması ilə bağlı qətnamə qəbul edib
"Bitcoin" kəskin ucuzlaşdı
19:22 22.06.2025
"Bitcoin" kəskin ucuzlaşdı
ABŞ İranın bağlamaq istədiyi Hörmüz boğazıyla bağlı Çinə çağırış edib
18:48 22.06.2025
ABŞ İranın bağlamaq istədiyi Hörmüz boğazıyla bağlı Çinə çağırış edib
Tehran nüvə proqramının inkişafını davam etdirəcəyini açıqlayıb
18:36 22.06.2025
Tehran nüvə proqramının inkişafını davam etdirəcəyini açıqlayıb
İsrail İranın 4 ostanında hərbi obyektlərə hava zərbəsi endirib
18:23 22.06.2025
İsrail İranın 4 ostanında hərbi obyektlərə hava zərbəsi endirib
Daha bir neçə ölkənin vətəndaşı Azərbaycana təxliyə edildi
18:08 22.06.2025
Daha bir neçə ölkənin vətəndaşı Azərbaycana təxliyə edildi
İranın nüvə obyektlərinə hücumun nəticələrindən narahatıq - Türkiyə XİN
17:48 22.06.2025
İranın nüvə obyektlərinə hücumun nəticələrindən narahatıq - Türkiyə XİN
İran parlamenti Hörmüz boğazının bağlanması ilə bağlı qərar qəbul edib
17:33 22.06.2025
İran parlamenti Hörmüz boğazının bağlanması ilə bağlı qərar qəbul edib
Pezeşkian: ABŞ İsrailin gücsüzlüyü səbəbindən münaqişəyə daxil olub
17:18 22.06.2025
Pezeşkian: ABŞ İsrailin gücsüzlüyü səbəbindən münaqişəyə daxil olub
Bakıda külək güclənib, bəzi rayonlarda arabır yağış yağır - FAKTİKİ HAVA
16:46 22.06.2025
Bakıda külək güclənib, bəzi rayonlarda arabır yağış yağır - FAKTİKİ HAVA
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb
16:35 22.06.2025
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb
Azərbaycan XİN: ABŞ-nin İranın nüvə obyektlərinə hücumları ilə bağlı bəyanat yayıb
16:26 22.06.2025
Azərbaycan XİN: ABŞ-nin İranın nüvə obyektlərinə hücumları ilə bağlı bəyanat yayıb
Əməkdar mədəniyyət işçisi Rasim Dərgahzadə vəfat edib
16:07 22.06.2025
Əməkdar mədəniyyət işçisi Rasim Dərgahzadə vəfat edib
Ceyhun Bayramov banqladeşli həmkarı ilə əməkdaşlığın gücləndirilməsini müzakirə edib
15:48 22.06.2025
Ceyhun Bayramov banqladeşli həmkarı ilə əməkdaşlığın gücləndirilməsini müzakirə edib