"Ayaks" İngiltərə klubunun futbolçusunu transfer edib

İDMAN
18:57 30.08.2024
191
Niderlandın "Ayaks" klubu İngiltərə təmsilçisi "Bernli"dən Vaut Veqhorstu transfer edib.

Futbolçu ilə 2026-cı ilin yayına kimi müqavilə imzalanıb.

32 yaşlı niderlandlı hücumçu yeni klubunda 25 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, ötən mövsüm Almaniyanın "Hoffenhaym” klubunda icarə əsasında çıxış etmiş forvard bütün yarışlarda 30 matçda iştirak edib, 7 qol vurub, 4 məhsuldar ötürmə edib. V.Veqhorst bu mövsüm İngiltərə çempionatında cəmi iki oyun keçirib.
 
///report

OXŞAR XƏBƏRLƏR