Ayaq tutub yeriməyən yalan(lar) və ya... - KÖŞƏ

Ayaq tutub yeriməyən yalan(lar) və ya... - KÖŞƏ
KÖŞƏ
19:15 18.10.2012
1992
Kamil Həmzəoğlu   Deyəndə və dəfələrlə altını cızaraq yazanda ki, bu məmləkətdə at izi , it izinə qarışıb, çoxları buna “inanmır” və ya  bunu  “özlərinə məxsus” şəkildə etirazlar qarşılayırlar. Amma bu, birmənalı belədir, həqiqətən də artıq vərdiş, adət halını alıb, heç kim (yəni, əksəriyyət) heç nəyin fərqinə varmadan ağlına və ağzına gələni deyir, yazır, düzdür, əyridir, yalandır, həqiqətdir, vecinə almır, öz beynində, öz virtual aləmində nəyisə düzüb-qoşur, “icad edir, özünü inandırır və başqasının da buna inandığını zənn edir, yaxud,  inanmasına cəhd göstərir. 
Əgər belə olmasaydı dünən  gündəmə  “bomba” kimi düşən, daha doğrusu, həqiqətlə yaxından-uzaqdan əlaqəsi olan bir “məlumat” dövriyyəyə buraxılmazdı.
Söhbət Yeni Azərbaycan Partiyasının (YAP) ünlü simalarından olan Milli Məclisin (MM) İnsan hüquqları komitəsinin sədri, fəlsəfə elmləri doktoru, professor Rəbiyyət Aslanova ilə bağlı internet mediasında yer alan “məlumat”dan gedir. Həmin “məlumat”da iddia olunur ki,  xanım Aslanova bu günlərdə öz qurultayını keçirən və yeni sədrini seçən Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) yeni patronudur. Guya ki, DADP-nin yeni-xanım sədri Fatma Əliyeva Rəbiyyət Aslanovanın yaxın adamıdır və məhz elə onun xeyir-duası ilə də həmin partiyanın rəhbərliyinə gətirilib. Vallah, bilmirsən, burada ağlayasan, yoxsa, güləsən?
 Axı, doğrudanmı, bu “informasiya”nı dövriyyəyə buraxanlar və tirajlandıranlar özləri azacıq da olsun belə, bunun həqiqiliyinə inanırlar? Hər halda inanıb-inanmamaq onların öz işidir, ancaq onlardan savayı çətin  kimsə tapılsın ki, bunun həqiqiliyinə inansın. Eyni zamanda, görəsən, doğrudanmı, xanım Aslanovanın böyük və hakim bir partiyanı bir kənara qoyub, cəmiyyətdə o qədər də tanınmayan partiyaya bu qədər ehtiyacı var? Heç bir halda ağlabatan görünmür və deyil! Həmçinin, məgər xanım Aslanovaya üzvü olduğu partiyada hansısa bir təzyiq-filanmı var ki, o da bundan inciyib və ya rəncidə olub indi yeni partiya yaratmaq, yaxud, reallıqda mövcud  olan bir partiyanı öz nəzarəti, öz himayəsi altına almaq fikrinə düşüb? Bu da əsla reallıqla və həqiqətlə uzlaşmır.
Çünki böyük intellektə və geniş dünyagörüşünə, düşüncə tərzinə  malik olan xanım Aslanova məhz üzvü olduğu partiyanın dəstəyi, o cümlədən, təmsil etdiyi dairənin seçicilərinin səsverməsi nəticəsində hakim siyasi təşkilatı artıq daldadal 3 çağırışdır ki, ali qanunverici orqanda , özü də çox ləyaqətlə və uğurla təmsil edir. Məhz bu uğurlu fəaliyyətinin nəticəsidir ki, hakim partiyanın çoxluq təşkil etdiyi parlamentdə  cəmi 11  komitə sədrindən biri məhz xanım Aslanovadır. Məhz bu uğurlu fəaliyyətinin nəticəsidir ki, xanım parlamentari  Azərbaycanı ATƏT Parlament Assambleyasında 12 ildir ki, təmsil edir, özü də layiqincə. Eyni zamanda, xanım Aslanovanın övladlarından biri hakim partiyanın seçkili orqanında- Siyasi Şurasında təmsil olunur, eləcə də, Prezident Administrasiyasında mühüm postlardan birini tutur. Bu misalların sayını artırmaq da olar, ancaq, mənzərənin aydınlaşması üçün bunlar da kifayət qədər yetərlidir. İndi belə olan halda, bu cür - həqiqəti əks etdirməyən, sadəcə, gülüş doğuran bir “məlumat”ın yayılması nə məqsəd “daşıyır” və ya nə dərəcədə peşə etikasına uyğundur?
 Bu yerdə onu da qeyd edim ki, bir müddət öncə bəzi portallar və qəzetlər heç bir ədəb-ərkan qaydalarına sığmayan, yəni, xanım Aslanovanın şəxsi həyatı haqda  “dezo”nu dövriyyəyə buraxmışdılar. Ancaq üstündən  az keçməmiş, necə deyərlər, “dezo”nun mürəkkəb qurumamış onun təkzibi gəldi, onun həqiqətə uyğun olmadığı ortaya çıxdı. Bu dəfə də məhz belə oldu, xanım Aslanova haqda növbəti “məlumat”ın da  “dezo” olduğu üzə çıxdı - həm DADP-nin indiki sədri, həm keçmiş sədri, həmçinin  haqqında söhbət gedən şəxsin özü tərəfindən arqumentli faktlarla təkzib olunaraq fiaskoya uğradıldı.
Təbii ki, belə də olmalıydı və hər zaman da belə olacaq, yəni, atalar məsələndə deyildiyi kimi, yalan(lar) ayaq tutub yeriməz(lər)...
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Türkiyənin üzləşdiyi faciədə Azərbaycan xalqının göstərdiyi dəstək heç vaxt unudulmayacaq"
17:09 19.06.2025
"Türkiyənin üzləşdiyi faciədə Azərbaycan xalqının göstərdiyi dəstək heç vaxt unudulmayacaq"
Adanada yanğınsöndürmə təyyarəsi qəzaya uğradı, 2 pilot xilas edildi
16:46 19.06.2025
Adanada yanğınsöndürmə təyyarəsi qəzaya uğradı, 2 pilot xilas edildi
Nəcməddin Sadıkovun dindirilməsi istənilib - “Şlyapa Zahid”in məhkəməsi
16:45 19.06.2025
Nəcməddin Sadıkovun dindirilməsi istənilib - “Şlyapa Zahid”in məhkəməsi
“Azərbaycan Məhəlləsi”nin açılış mərasimi keçirilir - Canlı
16:41 19.06.2025
“Azərbaycan Məhəlləsi”nin açılış mərasimi keçirilir - Canlı
"Qısa müddətdə on minlərlə insanın yeni mənzillərlə təmin olunması güclü Türkiyənin təzahürüdür"
16:36 19.06.2025
"Qısa müddətdə on minlərlə insanın yeni mənzillərlə təmin olunması güclü Türkiyənin təzahürüdür"
Güvən verməyən 4 BÜRC
16:32 19.06.2025
Güvən verməyən 4 BÜRC
“Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyətinin Ümumi Yığıncağının keçirilmə tarixi müəyyənləşdi
16:30 19.06.2025
“Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyətinin Ümumi Yığıncağının keçirilmə tarixi müəyyənləşdi
Ali Yerlikaya: Türkiyə üçün Qarabağ nədirsə, Azərbaycan üçün də Kahramanmaraş odur
16:22 19.06.2025
Ali Yerlikaya: Türkiyə üçün Qarabağ nədirsə, Azərbaycan üçün də Kahramanmaraş odur
Kahramanmaraşda Azərbaycan və Türkiyə prezidentlərinin görüşü oldu
16:12 19.06.2025
Kahramanmaraşda Azərbaycan və Türkiyə prezidentlərinin görüşü oldu
Finlandiya Ottava müqaviləsindən çıxır
16:05 19.06.2025
Finlandiya Ottava müqaviləsindən çıxır
“Bakcell” “PwC illik CEO sorğusu”nda iştirak edib - Fotolar
15:53 19.06.2025
“Bakcell” “PwC illik CEO sorğusu”nda iştirak edib - Fotolar
İlham Əliyev Türkiyəyə işgüzar səfərə gəlib
15:36 19.06.2025
İlham Əliyev Türkiyəyə işgüzar səfərə gəlib
Rusiya XİN: 550-ə yaxın vətəndaşımız İrandan Azərbaycan və Ermənistan vasitəsilə təxliyə edilib
15:32 19.06.2025
Rusiya XİN: 550-ə yaxın vətəndaşımız İrandan Azərbaycan və Ermənistan vasitəsilə təxliyə edilib
Paşinyan Minskdəki Aİİ sammitinə getməyəcək
15:13 19.06.2025
Paşinyan Minskdəki Aİİ sammitinə getməyəcək
Gecələri ventilyatorla yatanlara XƏBƏRDARLIQ
15:10 19.06.2025
Gecələri ventilyatorla yatanlara XƏBƏRDARLIQ
Məşhur aktyorun Türkiyə sevgisi: "Ərdoğanın heyranıyam"
14:59 19.06.2025
Məşhur aktyorun Türkiyə sevgisi: "Ərdoğanın heyranıyam"