Müğənni Ayaz Qasımov yeniliklərdən xəbər verib.
AZXEBER.COM xəbər verir ki, sənətçi "İncə səhər" verilişində 15 yeni mahnı hazırladığını bildirib.
O, sevənlərinə konsert müjdəsi də verib:
"15 yeni mahnı üzərində çalışmışıq, hazırlamışıq. Aygün Səmədzadə, Fərid Kərimi, Vüqar Camalzadə kimi dəyərli bəstəkarlardan yeni mahnılar oxumuşam. Hətta Nazpəri xanımın repertuarından da bir mahnı oxudum, çox bəyəndi. Dedi ki, "Ayaz, bunu oxu". Ola bilsin ki, Nazpəri xanımla duet də olsun. Bu haqda söhbətimiz olub. İnşallah o mahnını dekabrda təqdim edəcəm.
Mənim komandam qarşıma yeni məsuliyyətlər qoyub və məndən növəti ildə konsert istəyirlər. İnşallah iyun ayına qədər bu 15 mahnını təqdim edəcəyik və konsertimizi verəcəyik".
Aysel