Aybəniz Haşımova: "O erməni bizimlə çox mehriban idi"

Aybəniz Haşımova: "O erməni bizimlə çox mehriban idi"
ŞOU-BİZNES
12:30 02.08.2011
2436

Bu gün isə artıq “anti Aynişan” adlı qruplar da açılıb. Bu azmış kimi bu gün mövzu ilə əlaqədar yayılan yeni fotoda Aynişanla bahəm anası Aybəniz Haşımovanın da Narekin pianoda ifa etməsinə heyranlıqla qulaq asdığı və hətta onu gülə-gülə müşayiət etməsi aşkar görünür. Təbii ki, bu şəkilllər də bir anda bütün internet məkanını dolaşaraq azərbaycanlı istifadəçilərin daha da qəzəbinə səbəb oldu.

Bütün bunlarla bağlı Gün.Az Aybəniz Haşımovanın fikirlərini öyrənmək istədi:

“O erməni balası bütün günü yanımızdan əl çəkmirdi. Hara gedirdik dalımızca düşürdü. Bizimlə çox mehriban idi. Bizə qarşı bir kobudluq eləsəydi, təşkilat komitəsinə şikayət edib onu qovdurardım. Amma tərslikdən o, çox mehriban idi, yanımıza gələnləri də qucaqlayıb öpürdü. Orada isə bizdən başqa slavyan xalqlar iştirak edirdi. Onlar da erməniləri dəstəkləyirdilər. Mən qorxurdum ki, birdən erməniyə nə isə desəm, bizi müsabiqədən uzaqlaşdırarlar. Odur ki, bütün bunlara məcburən dözməli idim”, - deyə, müğənni özünü təmizə çıxarmağa çalışdı.

Erməni ilə çalıb-oxuduqları şəkillərə gəlincə isə Əməkdar artist bunları dedi:

“Orada hər kəs gəlib məşq edirdi. Mən çalırdım onlar oxuyurdu. O erməni də məndən xahiş eləyirdi ki, onunla da “raspevka” edim. Mən neylərdim axı? Durub çıxıb gedərdim? Bütün bunlara dözməyə məcbur idim. İndi siz mənim nə halda olduğumu təsəvvür edirsiniz? O oğlan bir addım bizdən uzaq düşmürdü. Mənə hətta elə gəlirdi ki, onun azərbaycanlı qohumları var. Hara gedirdik dalımızca düşürdü. Hətta sağollaşanda belə bizim bayrağın yanına öz bayraqlarını qoyaraq və bizim bayrağa “əladır” işarəsi göstərərək şəkil də çəkdirdi. Mən şoka düşmüşdüm!”

Əməkdar artistin bütün bu etiraflarından sonra sizə həmin erməni müğənnisinin Facebook şəbəkəsində özünün fan-səhifəsində yayımladığı şəkilləri təqdim edirik. Yeri gəlmişkən, həmin səhifədə o erməni balasının Aybəniz Haşımovanın nəql elədiyi Azərbaycan bayrağı fonunda çəkdirdiyi şəklinə rast gəlmədik. Belə olan halda üzümüzü Aybəniz Haşımovaya bir xatırlatma etmək istərdik:

- Axı, bu, adı üstündə olan yaltaq, pambıqla baş kəsən ermənidir. Axı, əsrlər boyu bizə “dost” görünüb, əslində isə müxənnət olan erməni elə həmin ermənidir. Axı, məhz bu yaltaqlıq yolu ilə o, özünə reklam, sizə isə anti-reklam qazandırdı. İndi özünüz qərar verin, bu “dost”luqda udan və uduzan kim oldu?

Belə yerdə M.Ə.Sabirin qızıl misraları yada düşür:

“Olmasaydı cahanda sarsaqlar,
Ac qalardı yəqin ki, yaltaqlar...”

Ülviyyə Alovlu
Gün.Az

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Toğanalı–Kəlbəcər–İstisu yolunda qar uçqunu - hərəkət məhdudlaşdırıldı
16:52 05.04.2026
Toğanalı–Kəlbəcər–İstisu yolunda qar uçqunu - hərəkət məhdudlaşdırıldı
Netanyahu Trampı təbrik edib: Bütün İsrail sevinir…
16:45 05.04.2026
Netanyahu Trampı təbrik edib: Bütün İsrail sevinir…
Maştağada xətt bərpa edildi
16:20 05.04.2026
Maştağada xətt bərpa edildi
Üç minə qədər gəmi Hörmüz boğazından keçə bilmir
16:12 05.04.2026
Üç minə qədər gəmi Hörmüz boğazından keçə bilmir
Şəmkirdə qətldə şübhəli bilinən yetkinlik yaşına çatmamış şəxs tutulub
15:51 05.04.2026
Şəmkirdə qətldə şübhəli bilinən yetkinlik yaşına çatmamış şəxs tutulub
Bu ərazilərdə mənzillər kəskin bahalaşacaq
15:39 05.04.2026
Bu ərazilərdə mənzillər kəskin bahalaşacaq
FHN: Yağışla əlaqədar tədbirlər davam etdirilir, Keşlədə 58 nəfər təxliyə edilib
15:35 05.04.2026
FHN: Yağışla əlaqədar tədbirlər davam etdirilir, Keşlədə 58 nəfər təxliyə edilib
Heydər Əliyev prospektində yolların kənarına yığılmış yağış suları kənarlaşdırılıb
15:19 05.04.2026
Heydər Əliyev prospektində yolların kənarına yığılmış yağış suları kənarlaşdırılıb
Bakı və Abşeronda toplanan yağış suları kənarlaşdırılır
15:16 05.04.2026
Bakı və Abşeronda toplanan yağış suları kənarlaşdırılır
Buraxılış imtahanı keçirildi - 4 şagirddə telefon aşkarlandı
15:08 05.04.2026
Buraxılış imtahanı keçirildi - 4 şagirddə telefon aşkarlandı
Kəmaləddin Heydərov Badamdardakı sürüşmə zonasında - Fotolar+Video
14:56 05.04.2026
Kəmaləddin Heydərov Badamdardakı sürüşmə zonasında - Fotolar+Video
Kremlin sözçüsü: Putin və Paşinyan arasında qapalı görüş bir neçə saat çəkib
14:37 05.04.2026
Kremlin sözçüsü: Putin və Paşinyan arasında qapalı görüş bir neçə saat çəkib
Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanı keçirilib
14:27 05.04.2026
Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanı keçirilib
Keşlədə həyətlərin su altında qalmasının səbəbi məlum oldu
14:25 05.04.2026
Keşlədə həyətlərin su altında qalmasının səbəbi məlum oldu
Nəriman ABŞ-da 2-ci oyununa çıxdı
14:19 05.04.2026
Nəriman ABŞ-da 2-ci oyununa çıxdı
Heydər Əliyev prospektində yolların kənarına yığılmış yağış suları kənarlaşdırılıb - VİDEO
13:54 05.04.2026
Heydər Əliyev prospektində yolların kənarına yığılmış yağış suları kənarlaşdırılıb - VİDEO