Aybəniz Haşımova canlı yayımda Fəridə sürpriz etdi

MƏDƏNİYYƏT
22:30 23.05.2013
9846
Bu gün İTV-də canlı yayımda qonaq olan "Eurovision-2013" mahnı müsabiqəsinin 2-cisi Fərid Məmmədova sürpriz hazırlanıb. AZXEBER.COM-un məlumatına görə, aparıcı Saleh Bağırovun Fəridə hədiyyəsi əməkdar artist Aybəniz Haşımova olub.Ukraynada dövlət tədbirində olan Aybəniz Haşımova Bakıya sabah qayıtmalı olsa da, Fəridə görə bu gün özünü canlı yayıma çatdırıb. Aybəniz Haşımovanı canlı yayımda görən Fərid çox sevinib və müəlliməsinə təşəkkür edir. Əməkdar artist də öz növbəsində Fəridin nailiyyətləri haqda bir daha tamaşaçılara məlumat verib.
Qeyd edək ki, verilişdə xalq artisti Faiq Ağayev də iştirak edib. 

OXŞAR XƏBƏRLƏR