Əməkdar artist Aybəniz Haşımova İçərişəhərdə konsert proqramı ilə çıxış edib.
AZXEBER.COM xəbər verir ki, konsert Bakı Şopinq Festivalı çərçivəsində keçirilib və mərhum prezident Heydər Əliyevin doğum gününə həsr edilib.
Sənətçi "Sənət Akademiyası"nın tələbələri ilə sevilən mahnılarını səsləndirib.
A.Haşımova onu izləməyə gələn bütün tamaşaçılara təşəkkürünü bildirib.
Qeyd edək ki, əməkdar artist ötən həftə də sevənlərinin qarşısına çıxmışdı.