Aybəniz Haşımova ‘İmza Mən’də - Video Anons

MAQAZİN
13:34 27.07.2012
1955

“ARAZ fm 103.3”-ün və Xəzər televiziyasının efirində yayımlanan “İmza mən” verilişinin növbəti qonağı əməktar artist Aybəniz Haşımova olub.

AZXEBER.COM-un məlumatına görə, verilişin və layihənin rəhbəri Səxavət Nur əməktar artistə çox maraqlı suallar ünvanlayıb. Bütün suallara səmimi cavab verən Aybəniz Haşımovanın veriliş ərzində kövrəlməsi də diqqətlərdən yayınmayıb. Daha sonra öz ifaları ilə pərəstişkarlarını sevindirən əməkdar artist, onlara öz imzalı fotolarını təqdim edib və şəkillər çəkdirib.

27 iyul saat 19:30-da Radio Araz 103.3 fm-in və Xəzər televiziyasının efirində yayımlanacaq “İmza Mən”i qaçırtmayın.

Qeyd edək ki, verilişin informasiya dəstəyi AZXEBER.COM xəbər portalıdır.

Ozal İBRAHİMLİ

OXŞAR XƏBƏRLƏR