Əməkdar artist Aybəniz Haşımova solo konsert verəcək.
Bu haqda AZXEBER.COM-a müğənni özü məlumat verib.
Onun dediyinə görə. konsert oktyabr ayının 24-də baş tutacaq: "Oktyabr ayının 24-də Azərbaycan Dövlət Filarmoniyasında konsertim olacaq. Konserti müəllimim, ustadım Şövkət Ələkbərovaya həsr edəcəm. Konsertimdə sevilən mahnılarımı ifa edəcəm".
Aybəniz Haşımova konsertdə sürprizlərin olacağını da deyib.