Dünən Rəşid Behbudov adına mahnı teatrında əməkdar artist Aybəniz Haşımovanın ideya müəllifliyi əsasında çəkilən "Kor ərəbin mahnısı" və "Talandı torpağımız" adlı kliplərinin təqdimat mərasimi baş tutub.
AZXEBER.COM xəbər verir ki, tədbirdə həmçinin "Xocalıya Ədalət" kampaniyası ilə əlaqədar olaraq Türkiyədə görülən işlər barədə məlumat verilib.
İstanbulda keçirilən tədbirlərin video görüntüləri qonaqlara təqdim olunub.
İdeya müəllifi Aybəniz Haşımovaya aid olan və tələbəsi Həsən Əliyevin ifasında səslənən dahi şairimiz Hüseyn Cavidin sözlərinə bəstələnən "Kor ərəbin mahnısı" klipi öz möhtəşəm ifa tərzi və fərqliliyi ilə könülləri oxşayıb.
Həmçinin şəhid olan uşaqlara həsr edilmiş, musiqisi xalq artisti Niyaməddin Musayevə, sözləri isə dahi şair Bəxtiyar Vahabzadəyə aid "Talandı torpağımız" adlı mahnı Milana Nəbiyeva tərəfindən təqdim olunub.
Tahirə Nur