Aybəniz Haşımova və tələbələrinin Qurtuluş günü ilə bağlı Aktauda möhtəşəm konserti baş tutdu - FOTOLAR

Aybəniz Haşımova və tələbələrinin Qurtuluş günü ilə bağlı Aktauda möhtəşəm konserti baş tutdu - FOTOLAR
MAQAZİN
12:49 13.06.2024
395
Türk Ağsaqqalları İctimai Birliyi - TAİB-in, Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş Konsulluğunun, "Azərbaycan Mərkəzi” İctimai Fondunun, "Dostluq” Etnomədəni Birliyinin təşkilatçılığı ilə Qazaxıstanın Aktau şəhərində 15 iyun Milli Qurtuluş Gününə həsr olunmuş "Azərbaycan-Qazaxıstan strateji əlaqələrinin inkişafında Heydər Əliyevin rolu” adlı konfrans keçirilib. 
 
AZXEBER.COM xəbər verir ki, tədbirin rəsmi hissəsindən sonra əməkdar artist Aybəniz Haşımova və onun rəhbərlik etdiyi Sənət Akademiyasının tələbələrinin Milli Qurtuluş Gününə həsr olunmuş bayram konserti keçirilib. Konsertdə vətənpərvərlik mövzusunda, eləcə də  xalq mahnıları  ifa olunub. Konsert tamaşaçılar tərəfindən böyük coşqu ilə qarşılanıb.
 
Aybəniz Haşımova konsert haqda təəssratlarını AZXEBER.COM-la bölüşüb: 
 
Konsertimiz çox uğurlu alındı. Soydaşlarımızdan aldığımız istiliyi, gördüyümüz xoş və doğma münasibəti heç vaxt unutmayacağıq.
Qeyd etməliyəm ki, səfərimiz yüksək səviyyədə təşkil olunmuşdu. TAİB dövlətimizin, xalqımızın adına layiq tədbir təşkil etmişdi. Ən xırda detallara qədər hər şey nəzərə alınmışdı. Mən çox xarici səfərdə olmuşam. Deyim ki, TAİB-in təşkil etdiyi Qazaxəstan səfəri həm mənim, həm də Sənət Akademiyasının tələbələrinin yaddaşında silinməz iz buraxacaq. Bir sözlə səfər mükəmməl şəkildə təşkil olunmuşdu. Dövlətimizin yüksək adına uyğun işlər görən TAİB rəhbərliyinə minnətdaram.
Aybəniz Haşımova konsertin təşkilinə görə təşkilatçılara da minnətdarlığını bildirib:

"Eyni zamanda, bizə diqqətini əsirgəməyən Aktaudakı Baş Konsulumuz Elçin müəllimə və diasporumuzun fəallarına təşəkkürümü ifadə etmək istəyirəm.
Xüsusi təşəkkürüm isə, əziz, doğma Nicat Huseyn Dağlaradır. Öncə, onu deyim ki, bu səfərə getməyim məhz onun arzusu idi, böyük həvəslə mən də əziz qardaşımın arzularına qoşuldum və musiqimiz adına əlimdən gələn nə varsa cani-könüldən böyük şövglə etdim. Nicat müəllim isə ən böyük ağır məsuliyyəti öz ciyinlərinə götürmüşdür. Öhdəsindən də ən ali,dərəcədə gəldi! Halal olsun sənə və sənə belə mükəmməl olmağı öyrədən valideynlərinə. Hər dəfə bir-birindən əvəzssiz musiqilərimiz o, möhtəşəm səhnədən səsləndikcə inanılmaz qürür, həm də həyəcan hissi bürümüşdür məni.
 
Hətta, hiss edirdim ki, təzyiqim də yüksəlib. Amma,buna baxmayaraq yenə də şövglə davam edirdik. Çünki,o möhtəşəm konsert salonunda bizi izləməyə gələn vətənimin Vətən övladları var idi. Həyəcanla, bravo söyləyərək öz ana musiqisini, ana laylasını, göz yaşları, sevinc yaşları ilə seyr edib bizi daha da həvəsləndirirdilər. Biz onların alqışından çox razı qaldıq. Çox arzu edirəm ki, onlar da bizdən razı qalsınlar!
 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Prezident: Silahlı Qüvvələrimiz bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib
16:23 05.03.2026
Prezident: Silahlı Qüvvələrimiz bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib
Azərbaycan lideri: İstənilən bəd qüvvə onlara qarşı bizim "Dəmir yumruğ"umuzu görəcək
16:20 05.03.2026
Azərbaycan lideri: İstənilən bəd qüvvə onlara qarşı bizim "Dəmir yumruğ"umuzu görəcək
Prezident: İran tərəfindən Azərbaycan dövlətinə qarşı terror aktı törədildi
16:18 05.03.2026
Prezident: İran tərəfindən Azərbaycan dövlətinə qarşı terror aktı törədildi
Prezident sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçiridi
16:17 05.03.2026
Prezident sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçiridi
Azal Naxçıvanla nəqliyyat əlaqəsinin təmin edilməsi üçün alternativ reyslər təşkil etdi
16:15 05.03.2026
Azal Naxçıvanla nəqliyyat əlaqəsinin təmin edilməsi üçün alternativ reyslər təşkil etdi
“Sabahın alimləri” XV Respublika layihə müsabiqəsinin qalibləri mükafatlandırıldı
16:12 05.03.2026
“Sabahın alimləri” XV Respublika layihə müsabiqəsinin qalibləri mükafatlandırıldı
Naxçıvanda mülki infrastruktura dronla hücumla bağlı cinayət işi başlanıb
15:52 05.03.2026
Naxçıvanda mülki infrastruktura dronla hücumla bağlı cinayət işi başlanıb
Rəsmi Təl-Əviv İranın Naxçıvana dron hücumlarını pislədi: Tehrandakı rejim xaos yayır
15:50 05.03.2026
Rəsmi Təl-Əviv İranın Naxçıvana dron hücumlarını pislədi: Tehrandakı rejim xaos yayır
Leyla və Arzu Əliyevalar “Leyla Medical Center”in Pediatriya Mərkəzində
15:38 05.03.2026
Leyla və Arzu Əliyevalar “Leyla Medical Center”in Pediatriya Mərkəzində
NATO Baş katibi: İranın Türkiyəyə raket atması 5-ci maddə üçün əsas yaratmır
15:36 05.03.2026
NATO Baş katibi: İranın Türkiyəyə raket atması 5-ci maddə üçün əsas yaratmır
İranın Naxçıvanı vurması təsadüfi deyil: Azərbaycana hücumun nəticələri onlar üçün ağır olacaq
15:17 05.03.2026
İranın Naxçıvanı vurması təsadüfi deyil: Azərbaycana hücumun nəticələri onlar üçün ağır olacaq
Müharibə İrana necə təsir edəcək? - Amerikalı politoloqdan özəl açıqlama
15:04 05.03.2026
Müharibə İrana necə təsir edəcək? - Amerikalı politoloqdan özəl açıqlama
Qətər İranın Azərbaycana dron hücumlarını pislədi
15:01 05.03.2026
Qətər İranın Azərbaycana dron hücumlarını pislədi
Səudiyyə Ərəbistanı İranın Azərbaycana dron hücumlarını qınayıb
15:00 05.03.2026
Səudiyyə Ərəbistanı İranın Azərbaycana dron hücumlarını qınayıb
"Etirazlara başlayacağıq" - Təbrizli gənclər bəyanat verdi
14:45 05.03.2026
"Etirazlara başlayacağıq" - Təbrizli gənclər bəyanat verdi
İranın dron hücumları nəticəsində xəsarət alanlarıən sayı artdı
14:41 05.03.2026
İranın dron hücumları nəticəsində xəsarət alanlarıən sayı artdı