Aybəniz Haşımova: "Yalandır, gənc müğənnilər bu pulu müğənniliklə, oxumaqla qazanmırlar" (MÜSAHİBƏ)

Aybəniz Haşımova: "Yalandır, gənc müğənnilər bu pulu müğənniliklə, oxumaqla qazanmırlar" (MÜSAHİBƏ)
ŞOU-BİZNES
13:55 17.11.2011
4042

Millət vəkili Jalə Əliyevanın ideya müəllifi olduğu, Milli Qəhrəman Mübariz İbrahimovunəziz xatirəsinə həsr olunan Vətənpərvərlik mövzusunda gənclərin I Ümumrespublika Teatr Festivalı davam edir.

Bu dəfəki müsahibimiz “Facebook” sosial şəbəkəsində ən aktiv müğənnilərdən biri olan Azərbaycanın əməkdar artisti Aybəniz xanım Haşımovadır. Aybəniz xanımdan müsahibə almaq üçün ona “facebook”da ismarış yazdım və qeyd etdim ki, müsahibə vətənpərvərlik mövzusunda olacaq. Aybəniz xanımın müsahibəyə razılıq verəcəyinə tam əmin idim. Çünki sənət adamları arasında hər zaman çıxışlarında vətəninə, millətinə, torpağına sevgidən danışan bir insanın müsahibəyə “yox” deyəcəyini gözləmək çox gülünc olardı. Aybəniz xanıma zəng etdim və ümümmillli lider Heydər Əliyevin "Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən Həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam" kəlamını eşidəndən sonra Aybəniz xanımla söhbətləşməyə başladım. 

- Aybəniz xanım, Milli Qəhrəman Mübariz İbrahimovun əziz xatirəsinə həsr olunan Vətənpərvərlik mövzusunda gənclərin I Ümumrespublika Teatr Festivalı keçirilir. Bu festivala münasibətinizi bilmək maraqlı olardı?- Bu çox gözəl addımdır və mən bu festival haqda eşidəndə çox sevindim. Mübariz bizim igid oğlumuzdur, onunla qürur duyuruq. Biz vətənini sevən hər bir insana dəstək olmalıyıq. Onların gördüyü işlərdə onlara yardım etmək lazımdır. Bu tapşırıığı özümə də vermişəm və buna riayət etməyə çalışıram. Bilirsiniz ki, mənim də içimdə ağrılar var. Hər zaman çalışmışam ki, başqa ölkəyə gedəndə vətənimin başını uca tutan hərəkətlər edim, əgər mənim ölkəmə zərər vərəcək nəsə olarsa mən çalışıram ki, ona qarşı gəlim. Hər birimiz çalışmalıyıq ki, vətənimizin bayrağı ən uca nöqtələrdə dalğalansın. Festivala da uğurlar arzulayıram və gənclərimizi dəstəkləyirəm. Mən Türkiyədə olanda bilirsiz nəyə diqqət yetirdim, onlarda vətənpərvər mahnılar çox azdır amma onlarda o qədər vətənpərvər ruh var, onlarda o qədər vətən sevgisi var ki, onların hansı birinə sual verirdinsə mənim üçün hər şeydən üstün vətənimdir deyirdilər. Çox gözəl hiss idi bu. Onların vətən sevgisi gözlərindən hiss olunurdu. Çox təəsüf ki, biz bəzən lazımi-lazımsız yerlərdə qışqırırıq,pafoslu çıxışlar edirik. Amma biz vətəni sözdə deyil əməldə sevməliyik və belə tədbirlər keçirən insanlara da dəstək olmalıyıq. - Sizcə gəncləri vətənpərvər ruhda yetişdirmək üçün nə etməliyik?- Bu böyük bir əmək, zəhmət istəyir. Mənim özümdə bəyənmədiyim bir cəhət var ki, mən getdiyim yerləri çəkib göstərən adam deyiləm. Çünki düşünürəm ki, bu mənim vətən borcumdur və bunu etməliyəm.İstəmirəm ki, sonra insanlar desin ki, Aybəniz özünü reklam edir. Amma haradasa görünür səhv etmişəm. Bunu göstərmək lazımdır ki, qoy örnək götürənlər çox olsun. Bir şey də var ki, vətənpərvərlik gərək insanın öz canında olsun, bunun üçün xüsusi örnəyə ehtiyac yoxdur. Vətənə sevgi insanların canında olmalıdır. Düşünürəm ki, sərhəd bölgəsində olan gənclərlə mütəmadi görüşlər keçirilməlidir. Gəncləri bu işdə birləşdirib, onları bu işə cəlb etmək lazımdır. Bəzən olur ki, hər hansı bir şəst tədbiri gənclərə etdirir amma öz adına çıxarırr. Bir daha qeyd edirəm ki, biz vətənə sevgini gənclərə göstərib, sübut etməliyik. Gəncləri bu yöndə addım atmağa öyrətməliyik. Yenə də deyirəm ən başlıcası cəhbə bölgəsində əsgərlərlə görüşlər keçirməkdir. Mən bu yaxınlarda “İslahatçı Gənclər”lə birlikdə cəbhə bölgəsinə yola düşmüşdüm, çox xoş təəsüratlarla qayıtdım. Bu işlər davamlı olmalıdır. Əgər biz bunu davamlı etməsək, gənclər də bizi qınayar. - Sizcə bizim gənclər nəyə görə milli qəhrəmanlarımıza, şəhidlərimizə yox, məhz müğənnilərə, serial qəhrəmanlarına, şou adamlarına bənzəmək istəyirlər?

- Məncə bunu bütün gənclərə şamil etmək olmaz. Amma deyim ki, bu işdə təbliğat da əsas rol oynayır. Televiziyalarda şou müğənniləri var. Bunlar o qədər özlərini təbliğ etdirirlər ki, yalandan deyirlər ki, “oxudum, maşın aldım, oxudum ev aldım”. Bunu yalan deyirlər, oxumaqnan maşın almaq olur? Oxumaqnan maşın almaq olursa, mən niyə maşını hələ indi-indi almışam. Özü də sən deyən bahalı maşın deyil. Sadəcə ailəmin işini, problemini həll etmək üçün məcbur qaldım, bir maşın aldım. İnanın ki, onu da çətinliklə saxlayıram. Əgər mahnı oxumaqla maşın almaq olursa, onda gərək hamıdan qabaq biz varlı olardıq. Onlar özləri də bilir ki, yalan danışırlar. Siz fikir vermirsiz ki, son zamanlar səhnəyə gələnlərin əksəriyyəti kasıbçılıqdan gəlib ora? Biri ağlaya-ağlaya deyir ki,”kartof satırdım, biri deyir soğan satırdım”. Müğənniliyi elə səviyyə endiriblər ki, mən də hərdən deyirəm ki, bəlkə atım bu sənəti? Amma mənim yaşım o yaş deyil artıq. Mən bu sənətin məktəbini keçmişəm. İndi səhnəyə çıxan insanların əksəriyyəti başqa məqsədlər üçün çıxır, reklam üçün çıxır. Vallah ayıbdır, belə şeylər eləmək olmaz. Musiqi bizim millətin sərvətidir. Baxın sənətkarlar öləndə və ya xəstələnəndə bizim camaat necə üzülür? Baxın Yaşar Nuri və Qədir Rüstəmova. Bütün xalqımız onların xəstəliyinə üzlür, təəsüflənir. Əsl sənət başqa şeydir, mən bilmirəm bu şou nədir ki, bunlar özlərindən düzəldiblər. Mən bu sözü də qəbul etmirəm. Sənət başqa şeydir, bunların dedikləri şou isə tam başqa şeydir. Dedikləri şou da heç bir keyfiyyətli şey yoxdur. Gəncləri səviyyəsiz musiqilərə yönəldənlərə deyirəm ki, bu yaxşı şey deyil. Bu musiqimizin məhvinə apara bilər. Amma çox şükür ki, muğam müsabiqəsi var və orada çox dəyərli gənclər var. Düşünürəm ki, bütün günü həmin gənclər təbliğ olunmalıdır. Bunların hərəsinin ayrıca mağazaları, dükanları var. Yalandan adını qoyurlar ki, müğənnilikdən o pulu qazanırlıar. Yalandır, gənc müğənnilər bu pulu müğənniliklə, oxumaqla qazanmırlar.

Hacıbəy HEYDƏRLİ 

OXŞAR XƏBƏRLƏR