Aybəniz Haşımovadan yeni layihə - VİDEO

MƏDƏNİYYƏT
13:07 28.02.2013
1644
Əməkdar artist Aybəniz Haşımovadan xəbər var.
AZXEBER.COM məlumat verir ki, müğənni bir neçə duet mahnı ərsəyə gətirib.
Bundan başqa, sənətçi Milli Konservatoriyanın solisti, müğənni Rövşən Əzizlə duet oxuyub.
“Aybəniz xanımla da əməkdaşlığımız davam edir. Sənətinə hörmət etdiyim bu xanım mənə hər zaman dəstək olur”.
Qeyd edək ki, sənətində əməkdar artistdən böyük dəstək görən Rövşən Əzizin yaxın aylarda yeni layihələri olacaq. O, ansamblın müşayiəti ilə klassik mahnıları öz dəsti-xəttində ifa edib, albom şəklində hazırlayacaq.
Yüksək keyfiyyətdə hazırlanacaq albom üçün sənətkarların iştirakı ilə təqdimat mərasimi keçiriləcək.

OXŞAR XƏBƏRLƏR