Aybəniz Haşımovanın yeni klipinin təqdimatı keçirildi – FOTOLAR - VİDEO

MƏDƏNİYYƏT
00:33 16.12.2012
2844

Bu gün əməkdar artist Aybəniz Haşımova yeni “Səni sevən nicat tapar” klipinin təqdimat mərasimini keçirib.

AZXEBER.COM-un məlumatına görə, tədbirdə əməkdar artistlər Firuzə İbadova və Aybəniz Haşımova, Aybəniz xanımın tələbələri, mədəniyyət və incəsənənt xadimləri və başqaları iştirak edib.

Tədbiri giriş sözü ilə açan əməkdar artist Aybəniz Haşımova yeni klipi haqqında danışıb: “Bu gün həyəcanlıyam. Klipim dinlə bağlıdır. Bu klipdə mahnını həmkarım və dahi sənətkar olan müəlliməmiz Şövkət Ələkbərovanın tələbəsi Firuzə İbadova da oxuyub. Onunla yanaşı tələbələrim də ifa edib. Nəzərinizə çatdırım ki, klipdə balaca balalarımızın da böyük rolu olub. Onlar da bizim ki, saatlarla yuxusuz qalaraq “Səni sevən nicat tapar” klipinin ərsəyə gəlməsində köməklik ediblər. Klipdə ən maraqlı məqam isə şair İlham Əsgərovun şeir deməsidir. Sözügedən klip, Şirvanşahlar sarayında, Bibiheybət məscidində və digər yerlərdə lentə alınıb. Qeyd edim ki, klipin rejissoru Rövşəndir”.

Daha sonra mərasimdə söz alan əməkdar artist Firuzə İbadova klip haqqında öz fikirlərini dilə gətirib: “Klipi seyr edəndə qəhər hissi məni boğurdu. Orda göz yaşları tökən körpələr məni çox təəccübləndirirdi. Onu da diqqətinizə çatdırım ki, bu klipdə mənim oxumağım təsadüfi idi. Çünki bir gün səsyazma studiyasına getdim və gördüm ki, Aybəniz xanım tələbələrini başına yığaraq mahnı yazdırır. Aybəniz xanım məni görəndə söylədi ki, sən də mütləq bu klipdə iştirak etməlisən. Mən bir az tərəddüd etsəm də sonradan razılaşdım. Ancaq indi sevinirəm ki, nə yaxşı ki, “Səni sevən nicat tapar” mahnısını oxuyub klipinə çəkilmişəm”.

Qeyd edək ki,“Səni sevən nicat tapar” klipi Heydər Əliyev fondunun dəstəyi ilə ərsəyə gəlib.

OXŞAR XƏBƏRLƏR