"Təşkilat" serialının prodüseri Timur Savcı Aybüke Pusatın serialdan uzaqlaşdırılmasından danışıb.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, prodüser Aybükənin paylaşımında siyasi məqsədin olmadığını bildirib.
Prodüserin sözlərinə görə "TRT" Aybükədən paylaşımı ilə bağlı təkzib yazısı yazmağı istəyib, aktrisanın isə bunu qəbul etməyib:
""TRT" Aybukeyə seçim təklif etdi. Kanal ondan yazıda siyasi qalmaqal yaradacaq niyyətinin olmadığını izah edən bir yazı paylaşmağını istədi. Amma Aybükə bu təklifi qəbul etməyib. O, əvvəllər də belə paylaşımlar edirdi və "TRT" də daxil olmaqla hamı buna göz yumurdu".
Aysel