Xəbər verdiyimiz kimi, Qazaxda 19 yaşlı tələbə çayda çimərkən boğulub.
AZXEBER.COM xəbər verir ki, Bakı Dövlət Universitetinin Qazax filialının 1-ci kurs tələbəsi, Goranboy sakini Murad Muradov tələbə yoldaşları ilə birgə Ağstafaçayda çimərkən batıb.Onun meyiti sudan çıxarılaraq Məhkəmə-Tibbi Ekspertizasının Patoloji Anatomiya Birliyinin Qazax rayon filialına təhvil verilib. Daha sonra cəsəd ailəsinə təqdim olunub.
Murad Muradovla birgə batmaq üzrə olan digər tələbə isə ətrafdakıların köməyi ilə sudan çıxarılıb.
Mərhumun yaxın dostları onun fotosunu AZXEBER.COM-a göndəriblər.
Allah rəhmət eləsin!